Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə5/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   2   3   4   5   6   7   8   9   ...   94

Bildirişlər


1. Müttəqilər daim tövbə və dua halındadırlar.

2. İman ilahi əfvin zəminəsidir.

3. Əfv rübubiyyət şəni və tərbiyə şərtidir.

4. Allahın qəhr və qəzəbindən qorxu təqva nişanələrindəndir.

5. Öz yaxşı işlərinizə güvənməyin. Təqvalı olsanız da, Allahın qəhr və qəzəbindən qorxun.
17. ﴿ الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ

(Təqvalılar) səbirlilər, doğru danışanlar, təvazö ilə itaət edənlər, infaq edənlər, səhərlər tövbə qılanlardır.”


Nöqtələr


◘Təqvalı insanlarda aşağıdakı xüsusiyyətlər var:

1. Çətinliklər, günahların tərki və ibadətlərin yerinə yetirilməsi zamanı səbir.

2. Danışıq və rəftarda düzlük.

3. Göstərişlərin icrasında qürura yol verməmək, özünü üstün bilməmək, xüzu və sadəlik.

4. Allahın ruzi etdiyi şeylərdən infaq.

5. Səhər münacatları və Allahdan bağışlanma istəyi. Bəli! Sübh dua üçün ən münasib vaxtdır. İmam Sadiq (ə) buyurmuşdur: “Səhər vaxtının istiğfarı dedikdə, sübh namazı nəzərdə tutulur.”1

◘Bəzi rəvayətlərdə nəql olunmuşdur: “Bir şəxs bir il müddətində gecə namazının qunutunda yetmiş dəfə istiğfar etsə, bu ayə ona aid olar.2

◘Əbu-Bəsir imam Sadiqdən (ə) səhər istiğfarı haqqında soruşduqda imam buyurdu: “Həzrət peyğəmbər vətr namazında yetmiş dəfə istiğfar edərdi.”3

◘Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) deyir: “Gecə namazını qıla bilmədiyimdən sübh namazından sonra onu qəza edə bilərəmmi?” Həzrət buyurur: “Eybi yoxdur. Amma bunu ailənə bildirmə. Yoxsa bunu bir sünnət, qayda kimi qəbul edərlər. Belə olsa, Allahın sübh istiğfarı haqqındakı buyuruğu diqqətdən yayınar.”4

Bildirişlər


1. Həm xalqa əl tutmaq, həm də Xaliqə ibadət etmək lazımdır.

2. Təqva guşənişinlik, dünyadan xəbərsizlik deyil. Təqvalı insanda bütün kamilliklər cəm olmalıdır.


18. ﴿ شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

Daim ədalətə istinad edən Allah şəhadət verib ki, Ondan başqa məbud yoxdur. Mələklər və elm sahibləri (də Onun yeganəliyinə şəhadət vermişlər). İqtidar və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur.”


Nöqtələr


◘Allah varlıq aləmində vahid nizam yaratmaqla Öz zatının yeganəliyinə şəhadət verir. Yəni varlıq aləmindəki həmahənglik və nizam bütünlüklə Onun yeganə qüdrətinin hakimiyyətinə şəhadət verir.

Əgər günəş üçün dəlil istəsən,

Ayın çöhrəsinə nəzər yetir sən.

◘İmam Baqir (ə) buyurmuşdur: “Ayədəki “ulul-ilm” təbiri peyğəmbər və peyğəmbər canişinlərinə aiddir.1

◘Məhdudiyyət say, çoxluq olan yerdədir. Hədsiz-hesabsız ev birdən çox ola bilməz. Əgər “filan çırağın işığı nəhayətsizdir” desək, ikinci çıraq üçün yer qalmır. Allah nəhayətsizdir. Əgər nəhayəti olsa, yoxluqla üzləşər. Heç bir nəhayətsizlik saya gəlmir. Ona görə də nəhayətsiz Allah vahiddir.

Bildirişlər


1. Əməli şəhadət ən üstün şəhadətdir. Bütün yaranmışlar arasındakı həmahənglik və nizam Allahın birliyinə şəhadətin ən üstün nümunəsidir.

2. Allaha iman yolu elmdir. Həqiqi elm insanı varlıq aləminin həqiqi qaynağı ilə tanış edir.

3. Alimlər mələklərlə yanaşı durur.

4. İlahi ədalət tövhidlə yanaşı bəyan olunur. Özünü rəqibsiz gördükdə zorakılıq edən başqa qüdrətlilərdən fərqli olaraq, bir olan Allah ədaləti bərpa edir.


19. ﴿إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ

Həqiqətən, Allah yanında (qəbul olunası) din İslamdır. Kitab əhli ixtilaf etmirdi. Bu onlara elm hasil olduqdan sonra baş verdi. (Bu ixtilaf) onların arasındakı həsəd və düşmənçilikdən doğdu. Kim Allahın ayələrinə küfr etsə, (bilsin ki,) həqiqətən, Allah tez hesab çəkəndir.”


Bildirişlər


1. Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə iman insanın Onun hüzurunda təslim olması zəminəsidir.

2. Allah qarşısında təslimçiliyin şərti İslamın son ilahi din kimi qəbul olunmasıdır.

3. Həqiqət dairəsindən çıxmaq ixtilafların yaranmasına səbəb olur.

4. Bir çox məzhəbi ixtilafların qaynağı cəhalət və nadanlıq yox, həsəd və zülmdür.

5. Həsəd küfr zəminəsidir.

6. Kitab və elm təklikdə qurtuluşu təmin etmir.

7. Bilərəkdən ixtilaf törədənlər tezliklə öz paylarını alasıdır.
20. ﴿فَإنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلّهِ وَمَنِ اتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ

Əgər səninlə höcətləşməyə başlasalar, onlara de ki, mən və ardıcıllarım Allaha təslim olmuşuq. Kitab əhlinə (yəhudi və məsihilərə) və ümmilərə (savadsız Məkkə müşriklərinə) de ki, siz də Allah qarşısında təslim olmusunuzmu? Əgər təslim olub İslama gəlmişlərsə, həqiqətən, hidayət olmuşlar. Əgər boyun qaçırmışlarsa, (nigaran olma, çünki) sənin vəzifən yalnız ilahi dəvəti çatdırmaqdır. Allah Öz bəndələrinin halını görəndir.”


Nöqtələr


◘Deyirlər “ürəkdən ki, gəldi söz, oturar könüldə düz.” Bu, ümumi bir qanundur və istisna hallar da var. Çünki peyğəmbər öz sözünü ürəkdən desə də, bu söz kafirlərin qəlbinə yatmırdı. Halbuki həzrət can-dildən buyururdu: “Mən bütün vücudumla Allaha təsliməm.” Amma yenə də bir dəstə ona etiraz edirdi.

Dinin xas mehvəri əvvəlki və hazırkı ayədə bəyan olunduğu kimi, haqqa təslim olmaq mənasında İslamdır.


Bildirişlər


1. Cidal və höcətləşmə peyğəmbər müxaliflərinin xasiyyətlərindəndir.

2. Risalətin bəyanı və sübutu yaxşıdır, amma höcət insanlarla cidal qadağan olunur.

3. Nəticəsiz mübahisələrə son qoyun.

4. Danışıqda özünüzün və yoldaşlarınızın mövqeyini aşkar elan edin.

5. Peyğəmbərin həqiqi ardıcılları Allaha təslim olanlardır.

6. Qərəzli söhbətlər qarşısında insanı hifz edən, Allaha bağlılıqdır.

7. Peyğəmbərlər bütün vücudları ilə, eşq və şadlıqla Allaha könül vermişlər.

8. Rəhbər həm elm əhli, həm də avam camaata qarşı diqqətli olmalıdır.

9. Səmavi kitablar bəşər nəsli üçün dəyərli bir mədəniyyət sənədidir. Ayədə insanlar iki qismə bölünmüşlər: Kitab verilənlər və avamlar.

10. Gerçək hidayət Allah hüzurunda təslimçilik sayəsində mümkündür.

11. İnsan yol seçimində məcbur yox, azaddır.

12. Elm və kitab təklikdə kifayət deyil. Elm olan yerdə təslimçilik olmaya da bilər.

13. Bizə vəzifəni yerinə yetirmək əmr olunub. Nəticəyə isə zamin deyilik.

14. Allah peyğəmbərlər vasitəsi ilə xalqa höccəti tamamlayır, bəhanəyə yer qalmır.


21. ﴿ إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الِّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaqdan öldürənləri və xalqı ədalətə çağıranları öldürənləri dərdli əzabla müjdələ.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin