Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə53/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

Nöqtələr


◘İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə digər bir yol deyilərkən ilahi hədlər, daşqalaq və şallaq nəzərdə tutulur.”1

◘Bəziləri bu ayənin qadınlar arasındakı həmcinsbazlığa (lesbos məhəbbətinə) aid olduğunu bildirirlər. “Məcməül-bəyan”da peyğəmbərdən nəql olunmuş rəvayətlər də bu ehtimalı təsdiqləyir.2

◘Rəvayətdə oxuyuruq ki, zinakar qadının evdə həbs olunması cahiliyyət dövründə də mövcud idi. İslam ilk addımda bu qaydanı qəbul etsə də, gücləndikdən sonra həbs cəzası hədd qoyulması ilə əvəz olundu.3

Bildirişlər


1. İslam insanların şərəf və ləyaqətini qorumaq üçün zinanın isbatında dörd şahid tələb edir. Hətta üç şəxs şahidlik edərsə, hər üçünə şallaq vurulur. Qətlin isbatı üçün isə iki şahid kifayət edir.

2. Zinanın şahidi həm kişi, həm müsəlman olmalıdır ki, günahın isbatına lazımınca diqqət yetirsin.

3. Zina üçün şəhadət vacibdir.

4. Mühakimə yürüdərkən öz elminizlə kifayətlənməyin, şahid də lazımdır.

5. Zinakar qadının cəzası onun öz evində həbsidir. Zinakar qadın ümumi həbsxanaya salınarsa, fəsad daha da artar.

6. Zinakar qadın ona görə evdə həbs olunur ki, cəmiyyətin sağlam hissəsini yoldan çıxarmasın, insanlar başqa yolla ləzzət almaqla izdivacdan çəkinməsinlər.

7. Cəmiyyətin sağlamlığını qorumaq, onu çirkinlikdən təmizləmək üçün günahkar həbs edilməlidir.

8. Ərli qadın zina etdikdə əbədi həbsə məhkum olunur. Əlbəttə ki, bu hökm şallaq və daşqalaq hökmlərinədək müvəqqəti icra olunur.



16. ﴿ وَاللَّذَانَ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُواْ عَنْهُمَا إِنَّ اللّهَ كَانَ تَوَّابًا رَّحِيمًا

Sizlərdən günah və zina ardınca gedən hər iki nəfərə əziyyət verin (onlara hədd təyin edin). Əgər tövbə edib, islah olsalar, onları bağışlayın, (çünki) Allah tövbələri qəbul edən və mehribandır.”


Nöqtələr


◘Təfsirlərdə bu ayə müxtəlif şəkillərdə mənalandırılmışdır. Yuxarıdakı məna isə “Təfsire-nümunə”yə aiddir. Əlbəttə ki, başqa mənalar da nəzərə gəlir: Əgər iki kişi günah etmək(homoseksualizmlə məşğul olmaq) qərarına gəlmişlərsə, amma hələ ki, yalnız müqəddimə işləri görülmüşdür, bu işin gələcəkdə baş verəcəyinə əmin olduğunuz halda onları nəhy əz münkər baxımından tənbeh edib hədələyin. Əgər peşman olub günahdan əl çəksələr, siz də onları bağışlayın. Allah tövbələri qəbul edən və rəhimlidir. Ayədəki “vəlləzani” sözü qadın və kişiyə yox, iki kişiyə aiddir. “Fəazuhuma” sözü isə həddin icrası yox, tənbeh mənasını bildirir. Tövbə və islah isə qazinin hökmündən qabaq fikirdən daşınmaya aiddir.”Yətiyaniha” sözünü isə günaha müqəddimənin icrası mənasında başa düşmək olar. Xalq arasında bu söz günah astanasında olan insana aid edilir. Məsələn, bir şəxs kimlərisə qonaq çağırıb hazırlıq görürsə, “filankəs qonaqlıq edir” deyirlər.

◘Zinakarın tövbəsi və onun günaha görə cəzalandırılmaması iş mühakiməyə gedənədəkdir. Hökm çıxarıldıqdan sonra isə tövbə cəzanın qarşısını almır.


17. ﴿ إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً

Şübhəsiz ki, Allaha tövbə cəhalət üzündən pis iş görənlər üçündür. Onlar dərhal tövbə edirlər. Allah onların tövbəsini qəbul edər. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘Bu ayədə tövbənin bəzi qəbul şərtlərinə işarə olunur, o cümlədən:

a) Günah küfr və inadkarlıqdan yox, nadanlıq və işin sonuna diqqətsizlikdən baş vermişsə;

b) Günah insanı əhatə etməmiş, ya onun xarakterinə hopmamış, ya da ilahi qəzəbə gəlməmiş dərhal tövbə edilsə.

◘İmam Sadiq (ə) buyurmuşdur: “İnsan bir günaha agah şəkildə batarsa da, əslində cahildir. Çünki özünü ilahi qəzəb qarşısında qoymuşdur.”1


Bildirişlər


1. Həqiqi tövbənin qəbulu Allahın Öz öhdəsinə götürdüyü bəndə haqlarındandır.

2. Nəfs istəkləri qarşısında tab gətirməyən elm cəhldir.

3. Nə qədər ki, günah artmayıb, tövbə asandır. Bu ayədə bir günah nəzərdə tutulursa, növbəti ayədə tövbə yolunu çətinləşdirən çox günahdan söhbət gedir.

4. Allah günahkarları dərhal tövbəyə təşviq edir.

5. Tövbədə sürət onun qəbul səbəbidir.

6. Tövbə qəlbən olmalıdır. Formal tövbədən Allah xəbərdardır.

7. İnadkar olmayan günahkarların üzrünün qəbulu hikmətə uyğundur.
18. ﴿وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

Çirkin işlər görüb, ölümü çatanda “həqiqətən, indi tövbə etdim” deyənlərin tövbəsi qəbul deyil. Eləcə də, kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Əksinə, onlar üçün dərdli əzab hazırlamışıq.”


Bildirişlər


1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir.

2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. “Yəməlun” (“işlər görərlər”) davam nişanəsidir. “Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir.

3. Tövbəni təxirə salmaq olmaz. Ölüm anı məlum deyil və ölüm qapını döydükdə tövbə qəbul olmaz.

4. Təhlükə və ölüm zamanı insanın allahşünaslıq fitrəti aşkar olur.

5. Kafir halda ölmək və pis aqibət bütün yaxşı əməlləri, o cümlədən tövbəni puça çıxarır.
19. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا

Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin