Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə56/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   52   53   54   55   56   57   58   59   ...   94

Beşinci cüz


25. ﴿وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مِّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُم مِّن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَن تَصْبِرُواْ خَيْرٌ لَّكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

İmanlı azad qadınlarla evlənməyə maddi imkanı çatmayanlarınız maliki olduğu imanlı kənizlərlə (evlənə bilər). Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (azad olduğunuz üçün özünüzü kənizlərdən üstün saymayın) Sahiblərinin izni ilə kənizlərlə evlənin, onlara yaxşı və layiqli mehriyyə verin. Bir şərtlə ki, onlar pak olsunlar, zinakarlıq etməsinlər, gizlində aşna tutmasınlar. Ərə getmiş kənizlər zinaya yol verdikdə onların cəzası azad qadınların cəzasının yarısı qədərdir. Bu, günah və zinaya düşməkdən qorxanlarınız üçündür. Bununla belə, səbir etmək (kənizlərlə evlənməmək) sizin üçün daha yaxşıdır. Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Əvvəlki ayənin nöqtələrində deyildiyi kimi, “əl muhsənatil-möminat” sözü azad qadınlara işarədir. Çünki bu söz qarşısında kənizlər mənasını bildirən “fətəyatikumul-möminat” ifadəsi zikr olunmuşdur. Quran başqa bir yerdə də kənizlər haqqında danışarkən “fətəyat” sözünü işlətmişdir: “Öz kənizlərinizi zinaya məcbur etməyin.”1

◘“Əxdan” sözü “xidn” sözünün cəm forması olub, dost və rəfiq deməkdir. Amma, adətən, bu söz gizli və qeyri-şəri yolla əlaqə saxlayan adamlar (aşna) haqqında işlədilir. Bu söz aşkar zinaya yol verənlərə aid “müsafihat” sözü qarşısında işlədilmişdir.

◘“Tovl” sözü güclü və imkanlı olmaq, "ənət" sözü isə çətinlik və əziyyət mənasını bildirir.

◘Kəniz sahibi olanlar izdivac əqdi olmadan yaxınlıq hüququna malikdirlər. Bu ayədə başqalarının mülkü olan kənizlərlə izdivacda sahiblərinin icazəsi ilə əqd zəruri sayılmışdır.

◘Kənizlərlə izdivac bəyənilməmişsə də, kənizlər arasında ləyaqətli qadınlar çox olmuşdur. Bəzi övliyalar məhz kənizlərin kamal sahibləri olduqları üçün onlarla ailə qurmuşlar. Belə kənizlərin övladları böyük şəxsiyyətlər olmuşdur.

Bildirişlər


1. İslamda izdivac üçün çıxılmaz vəziyyət yoxdur.

2. Qanunu hazırlayan kəs bir tərəfdən fərdlərin təbii ehtiyaclarına, digər tərəfdən onların iqtisadi çətinliklərinə diqqətli olmalıdır.

3. Kənizlə izdivacı qəbul edin, amma günah ləkəsini yox!

4. Qadının azad olması şərtindən ötüb keçmək olar, amma iman şərtindən yox!

5. Hər bir izdivacda iman əsas şərtdir.

6. Evlənmək üçün zahiri iman kifayətdir. Biz qəlbləri araşdırmağa vəzifəli deyilik.

7. Kənizlə evlənmək alçaqlıq deyil.

8. Qızın ərə getməsində atanın icazəsi şərt olduğu kimi, kənizin də ərə getməsində onun sahibinin icazəsi şərtdir.

9. Sahiblər bilsinlər ki, kənizlər onların öz əhlidirlər.

10. Kənizlərə də azad qadınlar kimi yaxşı mehriyyə verilməlidir.

11. Mehriyyəni kənizin özünə verin. Qulların da iqtisadi və ictimai haqlarına riayət olunmalıdır.

12. Mehriyyə təyinində cəmiyyətdəki orta hədd və qadının şəni meyardır.

13. İzdivacın davamında paklıq, günahdan və qeyri-qanuni əlaqələrdən uzaqlıq şərtdir.

14. Zinaya yol vermiş kəniz bir sıra məhrumiyyətlərə məruz qaldığından yarı cəzalandırılır.

15. Cəmiyyətdə evlənmə şərtləri yüngül olarsa, bir çox cinsi azğınlıqların qarşısı alınar.

16. Psixoloji sağlamlıq İslamın əsas hədəflərindəndir.

17. Kənizlə izdivacdan çəkinmək daha yaxşıdır.
26. ﴿ يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

Allah sizin üçün (bu qanunlarla səadət yolunu) aşkarlamaq və əvvəlkilərinizin (yaxşı) sünnələrinə hidayət etmək istəyir. Allah istəyir ki, sizi günahdan pak etsin. Allah biləndir və hikmət sahibidir.”


Bildirişlər


1. Allahın sünnəsi hidayət, bəyan və bildirişdir.

2. Keçmişdəkilərin yaxşı ənənələrinə itaət və təqlid edilməlidir.

3. İslamın izdivac haqqındakı hökm və göstərişləri sair səmavi dinlərdəki hökm və göstərişlərdən fərqlənmir.

4. Allah insana Öz lütfünü əta edir.

5. İzdivacdakı icazələr və qadağalar elm, hikmət və məsləhətə əsaslanır.
27. ﴿ وَاللّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُواْ مَيْلاً عَظِيمًا

Allah sizi bağışlamaq (çirkinliyinizi təmizləmək) istəyir. Amma nəfsinə itaət edənlər sizi böyük azğınlığa sövq etdirmək istəyirlər.”


Nöqtələr


◘İlkin baxışda cinsi azadlıqlar bir növ ləzzət və kam almaqdır. Amma bu işin fərdi və ictimai təsirlərinə nəzər saldıqda, onun böyük bir süqut olduğu aydınlaşır. Açıq-saçıqlıq cismi korlayır, düşüncəni azdırır, mal-mülkü puça çıxarır, arxayınlığı aradan qaldırır. Cinsi azadlıq ailə əsaslarını sarsıdır, cəmiyyətə qeyri-qanuni doğulmuş uşaqlar verilir, cinsi xəstəliklər, psixoloji sarsıntılar tüğyan edir. Bir sözlə, cinsi azadlığın bəhrəsi ən böyük əsarətlərdir.

Bildirişlər


1. İzdivacla bağlı müəyyənləşdirilmiş məhdudiyyətlər Allahın insan və bəşər cəmiyyətinə lütfünün rəmzidir.

2. Şəhvətpərəstlərin yolunu getməyin, onlara təqlid etməyin. Onlar sizin düşmənlərinizdir.

3. Açıq-saçıq, pozğun həvəsbazlar yalnız sizi şəhvət dəryasında qərq edəndən sonra rahat olasıdırlar. Onlar sizi özlərinə yoldaş etmək istəyirlər.

4. İslamda cinsi əxlaq orta həddə əsaslanır, nə ifrata varır, nə də təfritə yol verir. Həvəspərəstlər isə sizi ifrat yola çağırırlar.

5. Yol seçimində diqqətli olaq. Ayədə “yurid” sözü iki dəfə işlədilmişdir. Bunların biri Allahın, digəri isə həvəsbazların iradəsinə işarədir. Kimin iradəsinə tabe olmalıyıq?!
28. ﴿ يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا

Allah sizi (izdivac qanunlarını asanlaşdırmaqla) yüngülləşdirmək istəyir. İnsan zəif yaradılmışdır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin