Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə6/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   2   3   4   5   6   7   8   9   ...   94

Nöqtələr


◘“Təfsire-Kəbir”, “Təfsire-Məcməul-bəyan”, “Təfsire-Qurtubidə” oxuyuruq: Bəni-İsrail günün əvvəlində, bir saat ərzində ilahi peyğəmbərlərdən 43-nü və yaxşı işə çağıranlardan 112-ni şəhadətə yetirdi.

Aydın məsələdir ki, İslam peyğəmbərinin dövründə peyğəmbərləri şəhid edənlər yox idi. Amma həmin dövrdə yaşayan bir dəstə insan öz babalarının bu əməllərinə razı olduğundan Allah bu ayədə qəlbən razılıq səbəbindən babalarının günahına şərik olanları “bəşşirhum” xitabı ilə hədələmişdir.

Sual: Əmr be məruf və nəhy əz münkərin vacib olması şərtlərindən biri bu işdə təhlükə olmamasıdır. Bu ayədə isə nəhy əz münkər yolunda canından keçən haqqında xoş sözlər söylənilmişdir. Bunun səbəbi nədir?

Cavab: Əvvəla, fərdlərin şəraiti və əmr be mərufla nəhy əz münkər növləri fərqlidir. Bəzən pis iş görən Yezidin hökuməti olur. İmam Hüseyn (ə) bu hökumətin pis işlərinin qarşısını almaq üçün Kərbəlaya gedir və şəhid olur. Həzrət buyurur: «Mənim bu hərəkət və qiyamda məqsədim əmr be məruf və nəhy əz münkərdir.» Bəzən isə vəziyyət başqa cür olur. İnsan aradan qaldırmaq istədiyi günahın zərəri ilə mal və canının əldən çıxmasını müqayisə etməli, daha əhəmiyyətli saydığı vəzifəyə əməl etməlidir. İkincisi, olsun ki, bu ayədə haqqında xoş söz deyilənlər öz şəhadətlərini əvvəlcədən görməyənlərdir. Onlar öz aqibətlərini öncədən görməsələr də, zalımlar onları şəhadətə çatdırmışlar.


Bildirişlər


1. Azğın və küframiz etiqadlardan peyğəmbərlərin qətlə yetirilməsi kimi təhlükəli əməllər doğur.

2. Bəzən peyğəmbərlər və övliyaların şəhadəti bahasına da olsa, haqqı demək lazım gəlir.

3. Düşmənlər haqqı ört-basdır etmək üçün peyğəmbərləri qətlə yetirirlər.

4. Bəzən zalım hakimlər dəyərli insanları qətlə yetirmək üçün təbliğatlar, şayiələr vasitəsi ilə öz çirkin işlərinə haqq donu geyindirirlər.

5. Ədalətə dəvət edən, yaxşı işləri əmr və pis işləri qadağan edənlərin adı peyğəmbərlərlə bir sırada çəkilir. Ona görə də bu insanları qətlə yetirənlər peyğəmbərləri qətlə yetirənlər kimidir.
22. ﴿ أُولَـئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

Onlar əməlləri dünya və axirətdə puça çıxmış və heç bir yardımçıları olmayan kəslərdir.”


Bildirişlər


1. Bəzən bir əməl insanın qalan bütün əməllərini puça çıxarır.

2. Peyğəmbərləri qətlə yetirmək kimi günahlar üçün şəfaət yoxdur.


23. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

Səmavi kitabdan bəhrə verilmiş kəsləri görmədinmi ki, aralarında hökm etmək üçün ilahi kitaba dəvət olunduqda onlardan bir dəstəsi (elm və agahlıqla) etiraz edərək üz döndərirlər?”


Nöqtələr


◘Təfsirdə deyilir ki, bir yəhudi qadınla bir yəhudi kişi ayrı-ayrı nikahda olduqları halda zinaya yol vermişdilər. Tövrat qanunlarına əsasən onlar daşqalaq edilməli idilər. Amma bu adamlar yuxarı təbəqədən olduqları üçün Tövratın göstərişlərini yerinə yetirməmək məqsədləri vardı. Onlar İslam peyğəmbərinin yanına gəldilər ki, həzrət bu məsələ ilə bağlı hökm versin. Həzrət də daşqalaq hökmü verib buyurdu: “İslamın da qanunları Tövratın qanunları kimidir.” Onlar Tövratın hökmlərini inkar etdilər.

Yəhudi alimlərindən olan İbn Sürəyya Fədəkdən Mədinəyə çağırıldı. Ondan Tövrat oxuması tələb edildi. İbn-Sürəyya məsələdən xəbərdar olduğu üçün daşqalaq ayələrinə çatdıqda bu ayələrin görünməməsi üçün əlini onların üstünə qoydu. Həmin vaxt yəhudi alimlərindən olan Abdullah ibn Salam həmin məclisdə idi və əhvalatdan xəbər tutub məsələni aşkarladı.1

◘Bu ayə müsəlmanlara bir xəbərdarlıqdır. Onların nəzərinə çatdırılır ki, məbada onlar da yəhudilər tək Quran qanunlarının və ilahi göstərişlərin icrasından boyun qaçırıb, xalq arasında fərq qoyalar.

Bildirişlər


1. Qanun, mühakimə və hökm kitabı səmavi kitabdır.

2. İslam insaf və başqalarına ehtiram dinidir. Başqa din alimlərindən istənilir ki, öz kitabları ilə mühakimə etsinlər.

3. Kitab əhli alimlərinin heç də hamısı pis olmayıb.

4. Üz döndərməkdən də təhlükəlisi höcətkeşlik və inadkarlıqdır.

5. Qanun kimsəyə fərq qoyulmadan eyni şəkildə icra olunmalıdır.
24. ﴿ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ

Bunun (asiliklərin) səbəbi o idi ki, kitab əhli deyirdi: Cəhənnəm odu bir neçə gündən çox bizi yandırmaz... Bu iftiraları onları dinlərində aldadılmış etdi.”


Nöqtələr


◘Quranda yəhudilərin puç şüarları və batil xəyallarına dəfələrlə işarə olunmuşdur. Onlar deyirdilər: “Biz üstün irqik, Allahın əzizləriyik və qiyamətdə babalarımızın buzova pərəstiş etdiyi qırx gündən artıq əzab görmərik.” Bu puç xəyallar onlarda qürur doğurur, onları azğınlığa aparır. Bu günkü israillilər də özlərini üstün irq sayır və bu istiqamətdə heç bir zülmdən çəkinmirlər.

Bildirişlər


1. Dönüklüyün səbəbi xürafi və əsassız əqidələrdir.

2. İnsanın özünü istər din, istər soy baxımından üstün tutması qadağandır.

3. İnsanın özünü cəzadan amanda bilməsi azğınlıq səbəbidir.

4. Yəhudilər qiyamət və cəhənnəmi qəbul edir, öz günahlarını etiraf edirdilər.

5. Allah məhkəməsində bütün xalqlar eynidir.
25. ﴿ فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

Biz onları heç bir şəkk-şübhə olmayan gündə bir yerə toplayacağımız vaxt halları necə olacaq? Hər kəsə qazandığı müqabilində mükafat və cəza veriləcək və onlara zülm olunmayacaq.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin