Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə73/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

Nöqtələr


◘Nifaq əhli ilə rəftar yolunun mərtəbələri var. Bu ayədə bəyan olunmuş sərt hökmlər fitnə-fəsadda müşriklərlə həmkarlıq edən münafiqlərə aiddir.

◘Quran cümlələrini bir-birinin vasitəsi ilə mənalandıraq. Ayədəki tədbirlərdən məlum olur ki, Allah insanı yalnız onun əməllərinə görə azdırır.


Bildirişlər


1. Allah münafiqlərin sirləri və gizli istəkləri üzərindən pərdəni götürür.

2. Münafiqlər və düşmənlər sizin düşüncə və əqidənizi hədəf almışlar.

3. İslam cəmiyyəti münafiqlərdən təmizlənməlidir. Onlarla hər hansı bir dostluq əlaqəsi qırılmalıdır.

4. Küfr, şirk və fəsad olan məntəqədən hicrət vacibdir.

5. Allah yolunda hicrət gerçək iman nişanəsidir.

6. Tövbə yolu həmişə açıqdır.

7. Hər bir günahın tövbəsi günahı tərk etməkdir. Hicrətin tərkinin tövbəsi hicrətdir.

8. Pozucu və fitnəkar münafiqlər edam olunmalı, aradan götürülməlidirlər. Bu işi həyata keçirmək üçün İslam cəmiyyəti qüdrətli olmalıdır.

9. İslam düşmənlə mübarizə və fəsad əhlinin təqibi üçün ən sərt tədbirlərə əl atır.

10. Münafiqlərin maddi imkanları və hərbi qüvvələrinə bel bağlamaq olmaz. Onların yardımından gözümüzü çəkməliyik.

11. İslamda münafiqlərlə qurulan hər hansı bir mənəvi, siyasi, hərbi, iqtisadi, mədəni rabitə məhkum edilir.
90. ﴿إِلاَّ الَّذِينَ يَصِلُونَ إِلَىَ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَآؤُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُونَكُمْ أَوْ يُقَاتِلُواْ قَوْمَهُمْ وَلَوْ شَاء اللّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً

O kəslər istisnadır ki, peyman bağladığınız qövmə sığınmışlar, ya o kəslər ki, sizinlə və ya öz qövmləri ilə döyüşdə təngə gəlmiş halda yanınıza gəlirlər. (Onların heç bir tərəflə döyüş halı yoxdur və bu hal Allahın lütfüdür.) Çünki Allah istəsəydi, onları sizin üstünüzə qaldırar, onlar da sizinlə döyüşərdilər. Demək, əgər onlar kənara çəkilib sizinlə döyüşmədilərsə, sülh və saziş təklif etdilərsə, Allah onlarla döyüş üçün sizə heç bir yol qoymadı.”


Bildirişlər


1. Hətta kafirlərlə hərbi müqavilələrə ehtiram göstərmək lazımdır.

2. Döyüşlərdə bitərəflik göstərənlərə hücum etməyin.

3. Müsəlmanlar elə qüdrətli olmalıdırlar ki, müxaliflər hücum fikrinə düşməsinlər.

4. Allahın qüdrətinə diqqətli olun ki, qürrələnməyəsiniz.

5. Allahın istək və iradəsi ilə münafiqlər və kafirlər sizinlə döyüşdən çəkindilər.

6. İslamın cihadı hakimlik və əqidənin zorla qəbul etdirilməsi üçün deyil. İslam şər və maneələri aradan götürmək istəyir. Əgər düşmən sizdən əl götürdüsə, siz ona hücum etməyin. Əgər hücum etsəniz, mümkündür ki, onlar Allahın verdiyi qüvvə ilə sizi məğlub edələr.

7. Qarşı tərəfin sülh istəklərinə və atəşkəs təklifinə ehtiramla yanaşın. Çünki İslamda döyüş yox, sülh əsas məqsəddir. Döyüş yalnız zəruri hallarda caiz sayılır.

8. Düşmənin sülh təklif etməsi kifayət deyil. Əminlik üçün düşmən döyüşü tərk etməli, sülh mövqeyi tutmalıdır.

9. Döyüş və sülh meyarları Allah tərəfindən təyin olunmalıdır.
91. ﴿سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُواْ قَوْمَهُمْ كُلَّ مَا رُدُّواْ إِلَى الْفِتْنَةِ أُرْكِسُواْ فِيِهَا فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُواْ إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّواْ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثِقِفْتُمُوهُمْ وَأُوْلَـئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُّبِينًا

Tezliklə başqa bir dəstə ilə rastlaşacaqsınız ki, sizdən (müsəlmanlıqlarını bildirməklə) və öz qövmlərindən (küfr etməklə) amanda qalmaq istəyərlər. Onlar hər dəfə fitnəyə (bütpərəstliyə) tərəf qayıdar, ona qərq olarlar. Əgər sizinlə döyüşdən çəkinməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr onları harada görsəniz tutun və öldürün. Onlar o kəslərdir ki, Biz onların üzərində sizə qüdrət və aşkar qabiliyyət müəyyənləşdirmişik.”


Nöqtələr


◘Məkkəlilərdən bir dəstəsi öz canlarını hifz etmək üçün peyğəmbərin yanına gəlib münafiqcəsinə İslamı qəbul etdiklərini bildirirdilər. Onlar Məkkəyə qayıtdıqları vaxt bütpərəstliyə üz tutur və bu yolla kafirlərin işkəncələrindən yaxa qurtarırdılar. Onlar bu yolla hər iki tərəfin mənafelərindən bəhrələnir və hər iki tərəfin təhlükəsindən amanda qalırdılar. Əlbəttə ki, onların küfrə meylləri daha çox idi.

Bildirişlər


1. Allah müsəlmanları düşmənlərin gələcək planlarından agah edir.

2. Müsəlmanlar müxtəlif növ düşmənlərini tanıyıb onların hər biri ilə münasib şəkildə rəftar etməlidirlər.

3. Deyilən hər sözə inanmayın.

4. Münafiqlərin məqsədi rifah və asudə yaşayışdır.

5. Fərqli mühit və şəraitlərdə insanların iç xasiyyətləri üzə çıxır.

6. Münafiqlərin ruhu küfrə meyllidir. Şərait olan kimi onlar küfrə batırlar.

7. İslam quruluşuna qarşı çıxan münafiqlərlə sərt rəftar olunmalıdır.

8. Münafiqləri tanımaq üçün agahlığa, dəqiq məlumatlara ehtiyac var. Ayədəki “səqiftumuhum” sözü “səqafə” sözündən olub elm və mədəniyyət mənasını daşıyır.

9. Müsəlmanlar bütün sahələrdə kafirlərə hakim olmalıdırlar.

10. İslam hökuməti fitnəkar münafiqlərin məhvində və cəmiyyətin paklanmasında ixtiyar sahibidir.


92. ﴿وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلاَّ خَطَئًا وَمَن قَتَلَ مُؤْمِنًا خَطَئًا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ إِلاَّ أَن يَصَّدَّقُواْ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مْؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَإِن كَانَ مِن قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِّيثَاقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةً فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ اللّهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا

Digər bir mömini öldürmək heç bir möminə yaraşmaz. Bu iş yalnız səhvən mümkündür. Bir mömini səhvən öldürən kəs mömin bir qul azad etməli, qətlə yetirilənin qan bahasını ailəsinə verməlidir. (Qətlə yetirilənin ailəsi ölənin diyəsini) bağışlasa, bu hal istisnadır. Əgər öldürülən sizinlə düşmənçilik edən qövmdəndirsə, (cəriməsi yalnız) bir mömin qul azad etməkdir. Əgər öldürülən aranızda müqavilə olan bir qövmdəndirsə, onun diyəsini ailəsinə ödəyin və bir mömin qul azad edin. Əgər (azad etmək üçün qul və diyə üçün pul) tapmasanız, iki ay ardıcıl oruc tutun. Bu (yüngülləşdirmə) qayıdış xalqa Allah tərəfindəndir. Allah biləndir və hikmət sahibidir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin