Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə81/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

Nöqtələr


◘Bu ayə azca fərqlə hazırkı surənin 48-ci ayəsində bəyan olunmuşdur. Bəli, hidayət və tərbiyədə təkrar zəruridir.

◘Dərin ruhi xəstəlik olan şirkin kökü kəsilməyincə saleh əməllərin və əxlaqın faydası yoxdur. Tövbə şirkin dərmanıdır. Müşrik ilahi əfv və rəhmətə çatmaq üçün şirk dairəsini tərk etməlidir.

◘Bu ayə Quranın ən ümidverici ayələrindəndir.1

Bildirişlər


1. Allahın rəsulu ilə müxalifətçilik, müsəlmanların vəhdətinin pozulması (əvvəlki ayədə bu məsələyə işarə olundu) şirkin bir növüdür.

2. Şirk bağışlanmayan ən böyük günahdır.

3. İnsan Allahın bağışlamasına münasibətdə qorxu və ümid arasında olmalıdır.

4. Şirk hər növ kamaldan uzaqlıq səbəbidir.


117. ﴿ إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا

(Müşriklər) Allahın əvəzinə yalnız qadın məbudlara (Lat, Mənat, Üzza kimi qadın adları qoyulmuş bütlərə) üz tuturlar. Onlar azğın və tüğyançı şeytandan başqasını çağırmırlar.”


Nöqtələr


◘Əvvəlki ayədə müşriklərin zəlalət və azğınlıq içində olduğu bildirilirdi. Bu ayədə isə həmin azğınlığın səbəbi bütlərə pərəstiş və şeytana itaət göstərilir.

◘“İnasən” ayəsində qadın məbudlar dedikdə ya müşriklərin qadın adları ilə çağırdığı bütlər, ya da, müşriklərin əqidəsincə, Allahın qızları olan mələklər nəzərdə tutulur. “İnasən” dedikdə məbudların zəifliyi də nəzərdə tutula bilər. Çünki bütlərin pərəstiş səlahiyyətləri yox idi.


Bildirişlər


1. Qeyri-ilahi bütlər ya zəifdir, ya da tüğyançı.

2. Həqiqi məbuddan qaçan kəsin batil məbudlara və şeytana sığınmaqdan başqa yolu yoxdur.

3. Bütün azğın yollar şeytana itaət yoluna aparır.

4. Allahdan qeyri istənilən bir məbuda pərəstiş əslində şeytana pərəstişdir.


118. ﴿ لَّعَنَهُ اللّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا

Mən hökmən Sənin bəndələrindən müəyyən bir pay alacağam” deyəndə Allah ona (şeytana) lənət edib.”


119. ﴿وَلأُضِلَّنَّهُمْ وَلأُمَنِّيَنَّهُمْ وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا

«Onları hökmən azdıraram. Hökmən arzularla başlarını qataram. Göstəriş verərəm ki, dördayaqlıların qulağını çərtsinlər (bilinsin ki, bu heyvan bütlərin payıdır). Onlara göstəriş verərəm ki, Allahın yaratdığını bir-birinə qatsınlar. (Allah buyurur:) Hər kəs Allahın əvəzinə şeytanı dost və rəhbər tutsa, şübhəsiz, ziyan etmişdir, aşkar bir ziyan!»

Nöqtələr


◘“Lə umənniyyənnəhum” təbiri puç arzuların təlqini mənasını bildirir.

◘Heyvanların qulağının yarılması cahiliyyət dövrünün xurafi işlərindən idi. Heyvan bu sayaq nişanlandıqdan sonra ona minmək, onu kəsmək və ondan istənilən cür istifadə etmək haram sayılardı.

◘Xalqın azdırılması ilə bağlı şeytanın bütün təkidləri bu iki ayədə bəyan olunmuşdur və iman sahiblərinə xəbərdarlıq edilir.

◘“Bəndələrindən müəyyən pay alacağam” cümləsi iki cür anlaşıla bilər:

a) Bəzi bəndələr azdırılar.

b) Hər bəndənin müəyyən anları şeytani olar.

◘Rəvayətdə oxuyuruq: “Allahın yaratdığını bir-birinə qatmaq” cümləsi dinin dəyişdirilməsinə də aiddir.1

Bildirişlər


1. Şirk şeytanın toruna düşməkdir.

2. Şeytanın bütün bədbəxtçiliklərinin kökü onun lənətə gəlməsidir.

3. Şeytan insanın qədim düşmənidir. Diqqətli olun ki, onun toruna düşməyəsiniz.

4. Şeytan insanı azdırmaq üçün bacardıqca çalışır.

5. Şeytan hamını azdıra bilməz.

6. Şeytan Allahın xaliqliyini qəbul edir.

7. Vəsvəsə təhlükəsi ciddi və daimidir. Öz düşmənimizi tanıyaq. (Bütün fellərin əvvəlində gəlmiş “lam” ciddilik nişanəsidir)

8. Şeytan hərəni bir cür aldadır. Kimini dində bidətlə, kimininin yaranışını dəyişməklə.

9. Uzun-uzadı arzular şeytanın təlqinlərindəndir.

10. Şeytan əvvəlcə insanın düşüncə və ruhuna təsir göstərir. Sonra onu özünə təslim edir. (Əvvəlcə uzun-uzadı arzular, sonra əmr məsələsi bəyan olunur.)

11. İnsan fitrətən haqq yoldadır. “İzlal” sözü o yerdə işlədilir ki, insan əvvəlcə haqq yola gəlmiş olsun.

12. Şeytan xalqı Allahın haram buyurduqlarını halal etməyə çağırır.

13. Arzular şeytana itaət etmək üçün zəmindir.

14. Xurafat şeytani təlqinlərdəndir.

15. İslam heç bir heyvanın istifadəsiz qalmasına icazə vermir. Belə bir halda, insanların səmərəsiz qalmasından danışmağa belə dəyməz.

16. Məxluqu dəyişmək (məsələn, qadını kişiyə, kişini qadına çevirmək) haram və şeytani işdir.

17. Şeytana itaət əslində onun hakimiyyətini qəbul etməkdir.

18. İnsan üzərində hakimliyə yalnız Allah layiqdir.


120. ﴿ يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا

(Şeytan) onlara vəd verir, onları arzulara qərq edir. Şeytan onlara yalnız yalan vədlər verir.”


121. ﴿ أُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلاَ يَجِدُونَ عَنْهَا مَحِيصًا

Yerləri cəhənnəmdə olanlar onlardır. Oradan qaçmağa yol tapmazlar.”


Nöqtələr


◘“Həys” sözündən olan “məhis” sözü daşınmaq, fikrini dəyişmək mənasını bildirir.

◘Günahların bağışlanması haqqında “Ali-İmran” surəsinin 135-ci ayəsi nazil olanda İblis fəryad qoparıb, yaxınlarını başına topladı və dedi: “İnsanın tövbəsi ilə bizim bütün zəhmətlərimiz hədər gedir.” Hərə bir söz dedi. Şeytanlardan biri dedi: “Əgər bir şəxs tövbə qərarına gəlsə, onu arzulara, vədələrə düçar edərəm ki, tövbəsi təxirə düşsün.” İblis bu sözdən razı qaldı.1

◘Həm Allah, həm də şeytan vədə vermişlər. Amma Allahın vədi doğru2, şeytanın vədi isə yalandır.

◘Şeytani vədin əlaməti dar baxış və fəsada dəvətdir.3



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin