Bildirişlər
1. Küllü və əsas qanun odur ki, xalqın eyblərinin ifşası və bəyanı haramdır. Yalnız xüsusi hallar istisnadır.
2. Xalqın eybinin ifşası istənilən bir şəkildə haramdır. (Şerlə, hekayə ilə, şikayətlə və ya başqa yolla.)
3. İslam cəmiyyətinin bir nişanəsi də odur ki, məzlum azad şəkildə zalıma qarşı səsini çıxara bilər.
4. Məzlum zalımın qeybətini edə bilər.
5. İslam məzlumların himayədarıdır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
6. Qanundan sui-istifadə qadağandır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
7. Zalımın qeybətini yalnız məzlum edə bilər. Məzlum zalımın eybləri haqqında yox, zülmü haqqında danışa bilər.1
8. İslam cəmiyyətində zalıma ehtiram yoxdur. Zalım məhkum edilməli və xalqa tanıtdırılmalıdır.
9. İnsani dəyərlərə münasibətdə “əhəm” və “mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. Məzlumun müdafiəsi həya və sükutdan daha dəyərlidir.
10. Eyblərin ifşasında həddi aşmayın. Çünki Allah eşidən və biləndir.
149. ﴿ إِن تُبْدُواْ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُواْ عَن سُوَءٍ فَإِنَّ اللّهَ كَانَ عَفُوًّا قَدِيرًا ﴾
“Əgər aşkarda və ya gizlində yaxşı iş görsəniz və ya başqalarının büdrəməsini, pisliyini bağışlasanız, bilin ki, şübhəsiz, Allah bağışlayan və qadirdir.”
◘Məzlum qüdrətli olduqda və zalımın bağışlanması tərbiyəvi təsir göstərdikdə bağışlamaq lazımdır. Amma sükut məzlumun zillətinə və zalımın güclənməsinə səbəb olduqda fəryad çəkmək lazımdır.
◘İntiqam və qisas haqq, əfv və bağışlama isə fəzldir. Həzrət Əli (ə) buyurmuşdur: “Düşməni bağışlamaq onun üzərində qalibiyyətin şükrüdür.”2
Bildirişlər
1. Yaxşılıqları təşviq etmək, pislikləri bağışlamaq lazımdır.
2. Bəzən zülmə qarşı fəryad, bəzən isə əfv dəyər olur.
3. Qüdrət olan yerdə bağışlamaq dəyərdir.
150. ﴿إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيْنَ اللّهِ وَرُسُلِهِ وَيقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيْنَ ذَلِكَ سَبِيلاً﴾
“Şübhəsiz, Allaha və Onun rəsullarına küfr edən, Allahla Onun peyğəmbərləri arasında ayrılıq salmağa çalışan və “bəzi şeyə iman gətirdik, bəzisinə yox” deyən kəslər bu arada yol tutmaq istəyirlər. (Ağıl və düşüncəyə yox, nəfs istəklərinə uyğun yol)
151. ﴿ أُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ﴾
“Həqiqətən, kafirlər elə həmin kəslərdir və Biz kafirlər üçün zəliledici əzab hazırlamışıq.”
Nöqtələr
◘150-ci ayə mübtəda, 151-ci ayə xəbər yerindədir.
◘Yəhudilər və məsihilər nəfs istəklərinə, cahil təəssüblərinə və dəlilsiz baxışlarına xatir bəzi peyğəmbərləri qəbul edir, bəzilərindən isə üz döndərirdilər.
Bildirişlər
1. Peyğəmbərlik Allahın daimi qanunudur və zəncir halqaları tək bir-birinə bağlıdır. Ona görə də bütün bu cərəyana etiqad lazımdır. İmamət də belədir. İmamlardan bəzisinə inanıb, bəzisini inkar etmək hamısını inkar etmək kimidir.
2. Allah və Onun rəsulu vahid bir cəbhədir və ortada ayrılıq yoxdur.
3. Allahı və peyğəmbərləri inkar etmək, Allaha iman gətirib peyğəmbərləri inkar etmək qadağandır. Doğru yol Allaha və peyğəmbərlərə iman yoludur.
4. Bütün səmavi dinlər rəsmi olaraq tanınmalıdır. (Əlbəttə, öz tarixi dönəmində)
5. İslama müxalif qanunların qəbulu dinə qarşıdır və qadağan edilmişdir.
6. Peyğəmbərlərin yolu varkən yeni yol salmaq küfrdür.
7. Cəhənnəm hal-hazırda mövcuddur.
152. ﴿ وَالَّذِينَ آمَنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُواْ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُوْلَـئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾
“Allaha və Onun rəsullarına iman gətirib, onların heç biri arasında ayrılıq salmayan kəslər o kəslərdir ki, tezliklə mükafatları onlara verilər. Allah daim bağışlayan və mehribandır.”
Bildirişlər
1. Allaha və bütün peyğəmbərlərə iman zəruridir. Peyğəmbərlərin dərəcələri və vəzifələri fərqli olsa da, onların hər birinə iman gətirmək vacibdir.
2. Bütün varlığımız, əldə etdiyimiz yardımlar, imkanlarımız, istifadə etdiyimiz vasitələr Allahdandır. Buna baxmayaraq Allah yenə də mükafat verir.
3. Allah mükafat verərkən bizim nöqsanlarımızı hesaba almır.
153. ﴿يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَى أَكْبَرَ مِن ذَلِكَ فَقَالُواْ أَرِنَا اللّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ثُمَّ اتَّخَذُواْ الْعِجْلَ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَن ذَلِكَ وَآتَيْنَا مُوسَى سُلْطَانًا مُّبِينًا﴾
“Kitab əhli səndən onlar üçün səmadan kitab və bir yazı endirməyini istəyir. Şübhəsiz ki, Musadan bundan da böyüyü istənilmişdi. (Musaya) dedilər: Allahı bizə aşkar göstər!” Zülmlərinin cəzası olaraq onları bir şimşək bürüdü. Sonra onlara aşkar bir möcüzə gəlməsinin ardınca buzovpərəstlik yolunu tutdular. (Tövbədən sonra) Biz bu günahdan da keçdik və bağışladıq. Musaya aşkar bir höccət verdik.”
Nöqtələr
◘Yəhudilər peyğəmbərdən Quranın Tövrat kimi birdəfəyə nazil olmasını istəyirdilər. Bu yalnız bir bəhanə idi. Allah onların cavabında buyurdu: “Hətta Quranı bütövlükdə, toxunulası bir namədə endirsək, kafirlər onu cadu sayarlar.”1
◘İman gətirməkdə kafirlərin bəhanələri bir-birinə oxşayır. Müşriklər də Allahın rəsulundan eynən bunu istəyirdilər.2
Bildirişlər
1. Əcdadlarının bəyənilməmiş əməlləri, düşüncələri və əxlaqı gələcək nəsillər üçün pis nümunə olur.
2. Bəni-İsrail haqq axtarışında deyildi. Onlar haqq axtarsaydılar, möcüzələrdən sonra buzovpərəstlik ardınca getməzdilər.
3. Kafirlərin iman gətirməməsi sizi narahat etməsin. Çünki bütün peyğəmbərlərin ətrafında inadkar adamlar olmuşdur.
4. Allah gözlə görünmür. Allahı gözlə görmək istəyi də zülmdür.
5. Haqqın inkarı və əqidə azğınlığı elə bu dünyada Allahın qəzəbi ilə nəticələnir.
6. İlahi rəhmət hətta buzovpərəstlik günahını da bağışlayır.
7. Peyğəmbərlər Allah tərəfindən himayə olunur.
154. ﴿ وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُواْ الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لاَ تَعْدُواْ فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ﴾
“Biz Tur dağını onlardan (Bəni-İsraildən) əhd almağa xatir başlarının üzərində qərar verdik və onlara dedik: «Səcdə edən halda o qapıdan daxil olun.» Sonra dedik: «Şənbə günü (Allahın hökmlərini) pozmayın.» Onlardan möhkəm əhd aldıq.”
Dostları ilə paylaş: |