Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə89/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   86   87   88   89   90   91   92   93   94

Nöqtələr


◘Bu ayənin oxşarı “Bəqərə” surəsinin 63 və 93-cü, eləcə də, “Əraf” surəsinin 171-ci ayəsində bəyan olunmuşdur.

◘«Allahın Bəni-İsraillə əhdi» dedikdə, “Bəqərə” surəsinin 40 və 84-cü, “Maidə” surəsinin 12-ci ayəsində qeyd olunanlar nəzərdə tutulur.

◘Müqəddəs məkanların xüsusi qaydaları var. Tur dağı, peyğəmbərlərin evləri, məscidlər, Məscidül-Həram, Kəbə haqqında xüsusi göstərişlər verilmişdir.3

Fiqh kitablarında və hədis mənbələrində məscidlərlə bağlı digər qaydalar da bəyan olunmuşdur.


Bildirişlər


1. Tərbiyə prosesində bəzən qorxudan da istifadə olunur.

2. Tətil və ibadət vaxtında işə məşğul olmaq həddi aşmağın bir növüdür.


155. ﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ وَكُفْرِهِم بَآيَاتِ اللّهِ وَقَتْلِهِمُ الأَنْبِيَاء بِغَيْرِ حَقًّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ بَلْ طَبَعَ اللّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً

Əhdi pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri nahaqdan öldürdüklərinə və “qəlblərimizə pərdə çəkilib” dediklərinə görə (onları cəzalandırdıq). Bəlkə də Allah küfrlərinə görə onların qəlblərini möhürləmişdir. Yalnız az bir qismi iman gətirər.”


Nöqtələr


◘İslam peyğəmbərinin dövründəki Bəni-İsrail, peyğəmbərləri öldürməmişdi. Amma onların ata-babaları bu cinayəti törətmişdilər. Peyğəmbər dövründəki yəhudilər öz ata-babalarının uyğun cinayətinə razı olduqlarından həmin cinayət onlara da aid edilmişdir.2

Bildirişlər


1. Əhdi pozmaq küfr dərəcəsində olan bir günahdır, ya da küfr zəminəsi ola bilər.

2. Naşükürlük insanı o qədər alçalda bilər ki, peyğəmbərlərin vasitəsi ilə azad olanlar onları qətlə yetirərlər.

3. İnsan küfr və inadkarlıqla özü üçün süqut zəminəsi hazırlayır.

4. Əksəriyyət küfrə uğradığı bir zamanda az bir qismin iman gətirməsi sübut edir ki, insanın seçim və qərar çıxarmaq qüdrəti var. Demək, günahkar dost, mühit və quruluş insanın haqq yoldakı iradəsini dəyişməməlidir.


156. ﴿ وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا

Xalqa ağır böhtan atmaqla, böyük bir günaha batmaqla yol verdikləri küfrlərinə və sözlərinə görə (qəhr və qəzəbimiz onları bürüdü.)


Nöqtələr


◘“Məryəm” surəsinin 27-ci ayəsində də həzrət Məryəmə atılmış böhtan yada salınmışdır.

◘Həzrət Məryəmin zinada müqəssir sayılması əslində həzrət İsanın zinadan doğulmasının iddiası idi. Bu isə həzrət İsanın xalqın hidayəti və onlara rəhbərlik üçün layiqli olmaması fikrini yaradırdı. Beləcə, uyğun böhtan onların İsanı inkar etməsi dəlili idi.

◘Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən İsa kimisən. Kimi İsanın anasına böhtan atdı, kimi də İsanın Allah olduğunu güman etdi.1

◘İnsana onda olmayan sifətlərin aid edilməsi ona görə böhtan adlandırıla bilər ki, pak insanlar bu sözləri eşitdikdə heyrətə (“böht”) gəlirlər.

◘Böyük böhtanın böyük də əzabı var. “Nur” surəsinin 23-cü ayəsində deyilir: Pak qadınları zinada ittiham edənlərin böyük əzabı var.”

Bildirişlər


1. Böhtan küfr cərgəsində dayanır.

2. Günahkar cəmiyyətdə bəzən ən pak insanlar belə ən çirkin işlərdə suçlanır.


157. ﴿وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا

(Əzabımız və lənətimiz onları bürüdü.) O söz ki, deyirdilər: “Biz İsa ibn Məryəmi, Allahın elçisini öldürdük.” Halbuki onlar İsanı öldürmədilər, dardan asmadılar. Amma işi dolaşıq saldılar. (İsaya oxşar birisini öldürdülər.) İsa haqqında ixtilafda olanlar özləri şəkdə idilər. Onlar yalnız gümanlara uyurdular və heç birinin öz dediyinə yəqini yox idi. Şübhəsiz, onu öldürməmişdilər.”


158. ﴿ بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا

Əksinə, Allah onu Özünə tərəf qaldırdı. Allah qüvvət və hikmət sahibidir.”


Nöqtələr


◘İmam Sadiq (ə) “nə öldürdülər, nə də dardan asdılar, amma işi dolaşıq saldılar” cümləsi haqqında buyurmuşdur: “Həzrət Qaimin (ə) (Mehdinin) qeybi də bu cürdür. Həqiqətən, ümmət onu iş uzun çəkdiyi üçün dolaşıq salır. Bəziləri deyirlər: Qaim doğulmamışdır.” Başqaları deyir: “Doğulmuş və ölmüşdür.” O birilər isə belə deyirlər: “On birinci imamımız sonsuz idi...”2

◘İşin dolaşıq düşməsi amilləri və başqa birinin dara çəkilməsi bu şəkildə baş verdi:

1. Həmin şəxsi həbs edənlər rumlu idilər və İsanı tanımırdılar. (Ehtimal olunur ki, İsaya xəyanət edib onu müxaliflərə tanıtdıran kəs özü İsanın şəklinə düşdü və həbs edildi.)

2. İsanın tutulması əməliyyatı gecə keçirildi. Tutulmuş şəxs Allahdan şikayət etdi. Allahdan şikayət peyğəmbərlik məqamına uyuşmayan sifətdir.

4. İsanın həbsi və dara çəkilməsini xəbər verən bütün İncillər İsadan çox-çox sonra yazılmışdır. Bu kitablarda bir çox xatalar ola bilər.

5. Məsihilərin bir dəstəsi İsanın dara çəkilməsini qəbul etmir. Müxtəlif İncillərdə bu mövzuda ziddiyyətlər var və bu ziddiyyətlər mövzunu şübhəli göstərir.


Bildirişlər


1. İnsan əxlaqi baxımdan o qədər süqut edə bilər ki, peyğəmbəri öldürməklə fəxr edər.

2. Batil iddialar qarşısında qətilik lazımdır.

3. İsanın həm doğuşu, həm dünyadan gedişi qeyri-təbii şəkildə baş vermişdir. Onun gedişi gələcək üçün ehtiyat tədbiri idi.

4. İslam peyğəmbərindən başqaları üçün də merac olmuşdur.

5. İsa Allahın qonağıdır.

6. İnsanın səmalarda yaşamaq imkanı var.

7. Allahın iradəsi bütün hiylələri puça çıxarır.
159. ﴿ وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا

Kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən qabaq ona (İsaya) iman gətirməsin. Qiyamət günü o həmin kəslərə şahid olacaq.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin