Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə9/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

Nöqtələr


◘Həzrət Peyğəmbərin (s) ilahi ayələrindən əlavə, hökumət göstərişləri vardı. Bu göstərişlər zamandan, məkandan, fərdlərdən və şəraitdən asılı olaraq dəyişirdi. Əlbəttə ki, bu qanunlar da ilahi vəhyə əsaslanırdı. Allaha itaət əmri ilə yanaşı Onun rəsuluna itaət əmri Quranda bəyan olunmamış qanunlara əməl edilməsini zərurətə çevirirdi.

Bildirişlər


1. Peyğəmbərin rəftarı, sözləri və əməlləri bir dəlildir. Çünki peyğəmbərə itaət Allaha itaətlə yanaşıdır.

2. Allah qarşısında məhbubluq və ya mənfurluq öz əlimizdədir.

3. Peyğəmbərin göstərişlərindən boyun qaçırmaq küfrə bərabərdir.
33. ﴿ إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.”


Nöqtələr


◘Əvvəlki ayədə peyğəmbərə itaət göstərişi verildi. Bu ayədə əvvəlki göstərişin dəlili olaraq bildirilir ki, Allahın seçimi insanların kamal baxımından bir-birindən üstün olmasına əsaslanır.

◘Peyğəmbərlərin seçilməsi vəhy, elm, iman və ismət yolu ilə gerçəkləşir.1

◘İmam Baqir (ə) hazırkı ayə haqqında buyurmuşdur: “Biz həmin seçilmişlərdən və həmin ailədən qalanlarıq.”1

Bildirişlər


1. Bütün insanlar eyni səviyyədə olmur. Allah bəzi insanları ağır risalət yükü ilə vəzifələndirmək üçün üstün edir.

2. Bəşər nəslinin ilk övladı Allahın peyğəmbəri olmuşdur ki, insanlar heç vaxt hidayətsiz qalmasınlar.

3. Bəşər tarixi boyu peyğəmbərlik cərəyanı davam etmişdir.

4. Bəzi peyğəmbərlərin risaləti bütün dünyanı əhatə etmişdir.


34. ﴿ ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

Övladlardan bəziləri bəzi digərlərindəndir. (Onlar seçilmiş ataların olub, paklıqda bir-birinin oxşarıdırlar.) Allah eşidən və biləndir.”


Bildirişlər


1. Tarix boyu peyğəmbərlər pak nəsillərdən olmuşlar.

2. Bəzi xüsusiyyətlər və kamilliklər irsi yolla ötürülmüşdür.

3. Allah hətta üstün etdiklərinin də danışıq və əməllərinə nəzarət edir.
35. ﴿ إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ

(Xatırla,) o zaman ki, İmranın zövcəsi dedi: “Pərvərdigara! Həqiqətən, mən nəzir etmişəm ki, bətnimdə olanı dünyaya Sənin üçün gətirəm. (Bütün vaxtını Sənə sərf etməsi üçün ona heç bir iş tapşırmayam.) Məndən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”


Nöqtələr


◘Təfsir və rəvayət kitablarında nəql olunur: Hənnə və Əşya adlı iki bacının birincisi Bəni-İsrailin böyük şəxsiyyətlərindən olan İmranın, ikincisi isə Zəkəriyya peyğəmbərin zövcəsi idi. Onların övladları olmurdu. Bir gün Hənnə bir ağacın kölgəsində oturduğu vaxt sərçənin öz balasına yem verdiyini görür. Bu səhnə onda övlad eşqini alovlandırır. Dua edir və duası qəbul olur. Digər bir tərəfdən onun ərinə ilham olur ki, övladı Allahın övliyalarından olacaq, xəstələrə şəfa verəcək, ölüləri dirildəcək.

Hənnə hamilə olduğu vaxt ehtimal edirdi ki, gələcəkdə qeyri-adi işlər görəcək bu övlad oğlan olacaq. Ona görə də nəzir edir ki, övladını Beytül-Müqəddəsdə xidmətçi qoysun. Amma onun dünyaya gətirdiyi övlad oğlan yox, qız olur. Onlar anlayırlar ki, ilahi ilham Məryəm yox, onun övladı haqqında olmuşdur.2


Bildirişlər


1. Qadın o qədər inkişaf edə bilər ki, uzun illər intizardan sonra dünyaya gətirdiyi övladını Allah evinə xidmətçiliyə nəzir edər.

2. Uzaqgörən insanlar övladları dünyaya gəlməmiş onların həyat yolu haqqında düşünürlər.

3. Özümüzdən keçək və yalnız Allah yolunda sərf edək.

4. Məsciddə xidmət o qədər dəyərlidir ki, Allahın övliyaları öz əzizlərini dünyaya gəlməmiş bu yolda nəzir etmişlər.

5. Nəzir mövzusunun İlahi dinlərdə uzun bir tarixi var.

6. Ana övladı üzərində bir növ vilayətə, hakimiyyətə malikdir.

7. Övladdan keçmək və Allahın seçimi arasında rabitə var.

8. Dini xidmətdə o insanlar müvəffəq olurlar ki, vaxtlarının bir hissəsini yox, bütün varlıqlarını dinə xidmətə sərf etsinlər.

9. Övladın anaya xidməti ananın təbii haqqıdır və bağışlana bilər.

10. Əgər ən əziz və sevimli şeyləri verirsinizsə, onları qəbul etmək fikrində də olun.


36. ﴿فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

Dünyaya övlad gətirdiyi vaxt dedi: “Pərvərdigara! Mən qız doğdum. Halbuki Allah onun dünyaya gətirəcəyini daha yaxşı bilir. Oğlan qız kimi deyil. Mən onun adını Məryəm qoydum. Onu və onun övladını qovulmuş şeytanın şərindən Sənin pənahına verirəm.”


Nöqtələr


◘Ana övladının oğlan olacağını gözləyirdi. İstəyirdi ki, onu Beytül-Müqəddəsdə xidmətçi qoysun. Amma övladı qız olduqda həsrət çəkərək dedi: Pərvərdigara! Mən qız doğdum, belə isə, nəzrimə necə əməl edim?... Amma Allah bu anaya təsəlli verərək buyurdu: «Sənin gözlədiyin oğlan yaxşılıqda bu qız kimi deyil. Çünki bu qızın kamillikləri var və o, böyük bərəkətlər sahibi olacaq oğlanın anasıdır. Beləcə, mübarək nəsildən sənin bəhrən neçə qat olacaq...»

◘“Məryəm” sözü “abidə”, “xadimə” deməkdir. Bu ad Quranda 34 dəfə zikr olunmuşdur.


Bildirişlər


1. İnsanın istəkləri yox, Allahın istəyi mühümdür.

2. Bəzən qız övlad paklıqda elə bir məqama çatır ki, oğlan övlad heç vaxt həmin məqama çata bilmir.

3. Həzrət Məryəmin çox üstün məqamı var. Ayədəki “əl unsa” sözü xüsusi məqama malik olan qadına işarədir.

4. Övladlarınız üçün yaxşı ad seçin.

5. Ana öz övladına ad qoymaq haqqına malikdir.

6. Cüzi dəyişikliklər sizi Allahdan və ali hədəflərdən uzaqlaşdırmasın. Övlad gözlənildiyinin əksinə qız olsa da, yenə də onun adı xadimə mənası daşıyan Məryəm qoyuldu.

7. Hər şeydən öncə övladınızın şeytanın şərindən amanda qalması fikrində olun.

8. Yalnız öz övladlarınızı nəzərdə tutmayın. Uzaqgörənliklə gələcək nəsilləriniz haqqında da düşünün.

9. Övladınızın xoşbəxtliyinin təmini üçün yalnız öz tərbiyənizlə kifayətlənməyib, onu Allaha tapşırın. Bizim imkanlarımız məhduddur və çaşmaq ehtimalımız çoxdur.

10. Məryəmin anasının xüsusi məqamı var. Onun üstünlüyü etdiyi nəzirdən, ixlasından, qoyduğu addan və seçdiyi sığınacaqdan məlum olur.

11. Şeytan bəşəriyyətin qədim düşmənidir.
37. ﴿فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

Rəbbi onu yaxşı şəkildə qəbul etdi və yaxşı yolla cücərtdi. Ona himayədarlığı Zəkəriyyaya tapşırdı. Nə vaxt Zəkəriyya ibadət mehrabında Məryəmin yanına gəlirdisə, onun yanında (heyrət doğuran) ruzi görürdü. Soruşurdu: “Ey Məryəm, bu haradandır?!” Məryəm onun cavabında deyirdi: “O, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kəsə saysız ruzi verər.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin