Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə12/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

Nöqtələr


◘Bu körpənin beşikdə danışması həm gələcək haqqında verilən xəbər, həm də həzrət İsanın möcüzəsidir. Böyüdüyü vaxt danışması digər bir qeybi xəbərdir. Qabaqcadan bildirilir ki, o yaşlaşanadək sağ qalacaq. Onun ləyaqət və möhtərəmliyi haqqında verilən xəbərlər də öncədən verilən bir xəbər və müjdədir.

Bildirişlər


1. Məryəmə zövcəsi olmadan övlad verə bilən kəs həmin övladın beşikdə də dilini aça bilər.

2. Allah paklığı çirkin böhtanlardan qorumaq istədiyi vaxt körpənin də dilini açar.

3. İlahi bildirişi bir insan uşaq yaşında da başqalarına çatdıra bilər. (İmam Cavad (ə), imam Hadi (ə), imam Məhdi (ə) uşaq yaşlarında imamət məqamına çatmışlar.)

4. Allah istəyəndə körpə də böyük kimi danışır.

5. Məryəm kimi saleh bir qadından İsa kimi övlad dünyaya gəlir.
47. ﴿ قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

(Məryəm) dedi: Pərvərdigara! Mənimlə heç bir insan təmasda olmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: “Allah belədir, O, istədiyini yaradır. Bir iş görmək istədikdə yalnız ona “ol” deyir, o da (həmin an) mövcud olur.”


Nöqtələr


◘Mövcudların yaradılış səbəbi Allahın iradəsidir. Allah heç bir maddi vasitə olmadan da yarada bilir. O, səbəbləri yarada da bilər, onları aradan götürə də bilər. Bəzən Allah bir şeyin təsirini ondan alır. Bəzən isə bir şeyə başqa bir təsir verir. Yaranış, davam və təsirlər Allahın iradəsinə bağlıdır.

◘Allah Zəkəriyyanın cavabında “istədiyini edər” buyururdusa, Məryəmin cavabında “istədiyini yaradır” buyurur. Bəlkə də sirri budur ki, zövcəsiz qadının övladı olması qoca kişinin övladı olmasından daha heyrətamizdir.


Bildirişlər


1. Kökü inkar və inadkarlıq olmayan sual və təəccübün eybi yoxdur. Allahın övliyaları da Allahın iradəsinin təbii vasitələrlə həyata keçdiyinə inanırlar. Ona görə də təbii vasitələrsiz bir iş baş verdikdə bunun necə baş verməsini Allahdan soruşurlar.

2. Allahın qeyri-təbii yolla gördüyü işlər yeni bir şey deyil. Təbii amillərin özü də, hələ ki, sonadək tanınmamışdır.

3. Yaranış üçün Allahın qüdrəti sonsuzdur. İstər təbii vasitələrlə, istər qeyri-təbii şəkildə yaratmaq Allah üçün eynidir.

4. Yaranışın şərti Allahın qəti iradə və istəyidir.


48. ﴿ وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ

Allah ona Kitab, hikmət, Tövrat və İncili öyrətdi.”


Nöqtələr


◘Şiə və sünni təfsirlərində oxuyuruq ki, «Kitab təlimi» dedikdə yazı qaydalarının öyrədilməsi nəzərdə tutulur. «Hikmət» dedikdə mövcudların istər dünya, istər axirətə aid təsirləri, xeyir və zərəri, hərəkətlər, əxlaq və əqidə başa düşülür.

Bildirişlər


1. İlahi rəhbərliyin üsul və şərtlərindən biri zəruri agahlıqlara malik olmaqdır. Bu agahlıq elmə, hikmətə və səmavi kitablara əsaslanan agahlıqdır.

2. Hər dövrün rəhbəri keçmişin hadisə və qanunlarından da xəbərdar olmalıdır. Allah İsaya Musanın Tövratını öyrətdi.


49. ﴿وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Bəni-İsrailə bir peyğəmbər (İsanı) göndərdi ki, desin: Həqiqətən, mən Allahınız tərəfindən sizin üçün nişanə gətirmişəm. Mən sizin üçün gildən quş şəklində (bir şey) düzəldərəm. Onu üfürərəm, o da Allahın iradə və izni ilə bir quş olar. Eləcə də, Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanları sağaldaram. Ölüləri dirildərəm, yedikləriniz və evdə topladıqlarınız haqqında sizə xəbər verərəm. Həqiqətən, əgər iman gətirmiş olsanız, bu möcüzələrdə sizin üçün nişanə və ibrət var.”


Nöqtələr


◘Təhlükə qorxusu olduqda işə daha çox diqqət yetirilməlidir. Ölülərin dirildilməsində, korlara və sair xəstələrə şəfa verilməsində əqidə çaşqınlığı qorxusu var. Ona görə də bu ayədə iki dəfə, “Maidə” surəsinin 110-cu ayəsində dörd dəfə Allahın izni xatırladılmışdır.

◘İsanın ilahi lütf və qəhrlə müşayiət olunan risaləti Bəni-İsrailə məxsusdur. Amma onun təbliğ və irşad məsələləri ilə bağlı nübüvvəti bütün insanlar üçündür. Necə ki, həzrət Musaya xitab olunur: “Fironun yanına get, həqiqətən, o azğınlaşıb.”1 Amma şəhər sehrbazları həzrət Musanın möcüzələrini görüb ona iman gətirirlər. Göründüyü kimi, həzrət Musanın Fironla bağlı xüsusi, xalqla bağlı ümumi vəzifəsi var.2

◘Hər bir peyğəmbərin möcüzəsi olmalıdır və həmin möcüzə dövrün şərait və düşüncəsinə uyğun gəlməlidir. İmam Riza (ə) buyurmuşdur: “İsa zühur etdiyi dövrdə xəstəliklər baş alıb gedirdi və xalq təbibə xüsusi ehtiyac duyurdu!”3 Bu səbəbdən həzrət İsanın möcüzələri xəstələrin şəfası ilə bağlı idi.

◘Əgər ilahi rəhbər gildən quş düzəldirsə, qiyamət günü ilahi qüdrətlə ölülərin dirildilməsi çətin iş sayılmamalıdır.


Bildirişlər


1. Möcüzə Allahın rübubiyyət cilvələrindən olub, bəşəriyyətin hidayət və tərbiyəsinə xidmət edir.

2. Allahın övliyaları Onun izni ilə yaranış nizamına təsir göstərə bilir.

3. Peyğəmbərlər qeyb elminə malikdirlər və xalqın xırda işlərindən də xəbərdardırlar. İmam Sadiq (ə) buyurur ki, «həzrət İsa yeddi yaşında olarkən xalqın evində olanlar haqqında məlumat verirdi.1»
50. ﴿ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُواْ اللّهَ وَأَطِيعُونِ

(İsa buyurdu:) Mən özümdən qabaq gəlmiş Tövratı təsdiq edənəm. (Gəlmişəm ki,) sizin üçün haram olmuş bəzi şeyləri halal edəm, Rəbbiniz tərəfindən sizə bir nişanə gətirəm. Allahdan çəkinin və mənə itaət edin.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin