Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə14/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

Nöqtələr


◘İmam Riza (ə) buyurmuşdur: “Allahın məkri” dedikdə məkr və hiylənin cəzası nəzərdə tutulur. Allah məkr əhli deyil ki, bu ifadə başqa şəkildə təbir olunsun.1

◘Ayədə ilahi sünnələrdən birinə işarə olunsa da, əvvəlki ayəyə əsasən, həzrət İsa Bəni-İsrailin küfrünü hiss etdi. İsanın göyə aparılmasını bildirən növbəti ayəyə görə, burada məkr» dedikdə həzrət İsanın qətlə yetirilmə qurğusu nəzərdə tutulur. Həzrət İsanın zamanında bir dəstə kafir onu qətlə yetirmək fikrinə düşdü, hətta onun həbsinə kömək edən şəxs üçün mükafat da təyin etmişdilər. Bütün bunlar həzrət İsanın edamı və dara çəkilməsi üçün idi. Amma Allah onların planını pozdu və İsaya ən üstün şəkildə nicat verdi”.


Bildirişlər


1. Allah öz övliyalarının dayağıdır.

2. İnsanın tədbir və hərəkəti ya qəzəb, ya da lütf səbəbidir.

3. İlahi cəza insanın günahına mütənasib olur.

4. Allahın iradə və tədbiri bütün səy və təlaşların fövqündədir.


55. ﴿إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

(Xatırla,) o zaman ki, Allah buyurdu: “Ey İsa! Mən səni (yerdən) götürüb Özümə doğru qaldıraram və səni kafir olanlardan pak edərəm. Qiyamət gününədək sənin ardıcıllarını kafirlərdən üstün edərəm. Sonra qayıdışınız Mənə doğrudur. İxtilafda olduğunuz məsələlərdə aranızda hakimlik edəcəyəm.”


Nöqtələr


◘Kafirlərin məkri qarşısında Allahın tədbiri bu ayədə bəyan olunmuşdur.

◘İmam Baqir (ə) buyurmuşdur: “ Həzrət İsanın meracı mübarək ramazan ayının iyirmi birinci gecəsi baş verdi.2


Bildirişlər


1. Başqa peyğəmbərlər üçün də merac olmuşdur.

2. Kafirlərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.

3. Məsihilərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.

4. Peyğəmbərlərin ardıcılı olmaq qələbə rəmzidir.

5. İslamın bütün dünyaya ünvanlanması İslamın pənahındakı məzhəbi azlıqların vücudu ilə zidd deyil. “Qiyamət gününədək” təbirindən aydın olur ki, yəhudi və məsihilər qiyamət gününə qədər mövcud olasıdırlar.

6. Hamının qayıdışı Allaha doğrudur və O, sorğu-sualsız hakimdir.


56. ﴿ فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

Kafir olan dəstələri dünya və axirətdə ağır əzaba düçar edərəm və onlara heç bir yardımçı olmaz.”



57. ﴿ وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ

Amma iman gətirib, saleh iş görənlərin mükafatını kamil şəkildə verəcəyəm. Allah zalımları sevməz.”


Nöqtələr


◘“Ətyəbul-bəyan” təfsirində Bəni-İsrailin dünya əzabı haqqında deyilir: Həzrət İsadan otuz yeddi il sonra rum qeysərlərindən olan Teytus adlı bir şəxs yəhudilərə qalib gəldi. Milyonlarla yəhudi öldürüldü, minlərlə əsir götürüldü. Onun göstərişi ilə yəhudilərin mal-mülkü yandırıldı, qarət edildi, əsirlər isə yırtıcı heyvanlara atıldı.

Kafirləri hədələməklə yanaşı, iman əhlini təşviq etmək lazımdır. Çünki imanla birlikdə saleh işlərin yerinə yetirilməsi də zəruridir.


Bildirişlər


1. Kafirlərin hesabı Allahın öhdəsinədir.

2. Höccət daha çox tamamlandıqca, haqqın dəlilləri daha çox bəyan edildikcə Allahın inkar edənlərə qarşı qəhr və qəzəbi də çox olacaq. İsanın ölünü diriltdiyini görmüş iman gətirməyənlər hər cür əzaba layiqdirlər.

3. Bəzən Allah bu dünyada da cəza verir.

4. Allahın qəhr və qəzəbi qarşısında heç bir güc dayana bilməz.


58. ﴿ ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ

(Ey peyğəmbər,) sənin üçün oxuduqlarımız hikmətli ayələr və nəsihətlərdir.”


Bildirişlər


Düzgün və qəti rəhbərlik üçün ilahi nişanələr, möhkəm və dəlil-sübutlu bəyan lazımdır.
59. ﴿ إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ

Həqiqətən, Allah üçün İsanın (yaranış) tərzi Adəmin (yaranış) tərzi kimidir. Allah onu torpaqdan yaratdı və sonra buyurdu: “Ol!” O da mövcud oldu.”


Nöqtələr


◘Məsihilərdən bir dəstəsi Mədinəyə gəlib peyğəmbərin hüzuruna yetişdilər. Onlar peyğəmbərlə söhbətdə İsanın dünyaya atasız gəlməsini onun ilahilik nişanəsi kimi təqdim etdilər. Bu ayə nazil oldu və məsihilərə belə cavab verildi: «Əgər atasız anadan olma Allahlıq və ya Allahın övladı olmağa dəlildirsə, bu işdə Adəm İsadan da qabaqda gəlir. Çünki onun nə atası, nə də anası olmuşdur. Bəs nə üçün Adəmi Allah və ya Allahın övladı saymırsınız?!»

Bildirişlər


1. Müxalifləri qəbul etdikləri yolla haqqa çağıraq. Məsihilər qəbul edirdilər ki, Adəm Allahın məxluqudur. Halbuki Adəmin ata-anası yoxdur.

2. Tarixə, keçmişin tərcüməsinə istinad, eləcə də, qeybi nümunələrin bəyanı ən yaxşı dəvət yoludur.

3. Yaranış aləmində Allahın qüdrəti qeyri-məhduddur.
60. ﴿ الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ

Həqiqət sənin Rəbbin tərəfindən olandır. Belə isə, şübhə edənlərdən olma.”


Nöqtələr


◘“Mumtərin” sözü “miryə” sözündən olub, şəkk-şübhə deməkdir. Bu ayə eynən “Bəqərə” surəsində də (ayə 147) buyurulmuşdur. Ayədən aydın olur ki, yalnız haqq və sabit olan Allah tərəfindən deyilən söz haqq və möhkəmdir, nəfs istəkləri tufanında daim dəyişən insanlardan isə möhkəm qanun və söz gözləmək olmaz.

Bildirişlər


1. Haqqın bəyanı rübubiyyət və tərbiyə rəmzidir.

2. Sabitlik və həqiqət yalnız Allahın yolunda, Allahın kəlamında və Allahın qanunundadır.

3. Müxaliflərin çoxluğu, səyləri, sərvət və təbliğatları əqidəmizə təsir göstərməməlidir.
61. ﴿فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

Sənə yetişmiş elm və bilikdən sonra səninlə onun (İsanın) haqqında höcətləşənlərə de ki, gəlin oğlanlarınızı və oğlanlarımız, qadınlarımız və qadınlarınızı, özümüzü və özünüzü çağırın, sonra “mübahilə” edib Allahın lənətini yalançılara qərar verək.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin