Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə28/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

Nöqtələr


◘Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur.

◘Ayədəki “sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.1

◘Kafirlərin batil yolda sərf etdiyi büdcə yandırıcı küləyin məhv etdiyi əkinə bənzəyir. Elə əvvəl gündən indiyədək İslama qarşı hücumlar, təbliğatlar və qurğular məğlubiyyətə uğramışdır. İlahi din hər gün genişlənməkdədir və nəhayətdə qələbə İslamındır.

Bildirişlər


1. Əqidə əmələ təsirlidir. Küfr insanı infaqın bərəkətindən məhrum edir.

2. Təbii hadisələr və bəlaların amillərindən biri insanların günahlarıdır.

3. Günah insanın yaxşı işlərini puça çıxarır.

4. Allahın qəhr-qəzəbi zülm deyil. Bu qəzəbi doğuran insanların öz əməlləridir.


118. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ

Ey iman gətirənlər! Özünüzdən qeyrisini sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!”


Nöqtələr


◘“Bitanə” qarına yapışan alt libasa deyilir. Bu söz sirdaş mənasına da bir işarədir. “Xəbal” sözü isə düşüncə və ağılın puçluğu mənasını bildirir. “Ənət” çətinlik və əziyyət, “yəlun” bir işin icrasında tənbəllik, boş dayanmaq mənasını ifadə edir.

Düşmən bizə nə arzulayır?


Əgər Quranda “vəddə” sözünə nəzər salsaq, düşmənin bizim haqqımızdakı arzularından agah olarıq:

1. Düşmən bizim xeyir və sərmayəmizdən qəflətdə qalmağımızı istəyir.1

2. Düşmən bizdən sazişçilik və həlimlik istəyir.2

3. Hətta bir müsəlman özgə sayılırsa, onu sirdaş seçmək olmaz. Çünki müsəlmanlar arasında da fitnəkar və satqın fərdlər var.

4. Müsəlmanların başqa cəmiyyətlərlə dostluq və rabitə meyarı iman olmalıdır.

5. İslam cəmiyyəti qeyri-islami cəmiyyətlərdən üstündür. “Dunikum”, yəni “özünüzdən başqaları” təbiri qeyri-müsəlmanların aşağı mərtəbədə olduğunu göstərir.

6. Düşmənin ilkin hərəkəti və təhlükəsi onun ideoloji hücumudur. Düşmən müsəlmanların düşüncəsinə zərbə vurmaqda tənbəllik göstərmir.

7. Düşmənlər bizimlə cürbəcür üsullarla rəftar edirlər: Fəsad və günah vasitəsi ilə, təzyiqlər vasitəsi ilə, nifaq salmaq vasitəsi ilə.

8. Düşmənlərinizi tanıyın və ayıq olun. Onlar sizə qarşı fitnə-fəsad törətməkdə süstlük göstərmirlər.

9. İlahi əmrlərin dəlili və fəlsəfəsi var. Əgər sizə düşmənlərlə səmimi rabitələr qadağan olunursa, bunun səbəbi odur ki, düşmənlər sizə qarşı fitnə-fəsad törətməkdə fəaldırlar.

10. Kuzədəki nəm onun içindəkindəndir. Düşməndən yalnız kin-küdurət gözləyin.

11. Düşmənləri onların təbliğatından tanıyın.

12. Fitnəkar düşmənlə səmimi əlaqə ağılsızlıq nişanəsidir. Düşmənlə xoş rəftar səfehlikdir.

13. Allah hamının qəlbindəkindən xəbərdardır. O, İslam düşmənlərinin planlarını ifşa edir.

14. Sizin düşmənləriniz münafiqdirlər. Onların zahiri ilə batini fərqlidir.

15. Allah düşmənin ruhiyyəsini tanıtdırmaqla sizə olan höccəti tamamlayır, suala yer qalmır.

16. Mömin olmaq bir məsələdir, aqil olmaq digər bir məsələ. Ona görə Allah bu ayədə möminlərə buyurur: Əgər ağlınız varsa, düşmənə sirr verməyin.
119. ﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

(Ey müsəlmanlar,) bu sizsiniz ki, onları dost tutursunuz. Amma onlar sizi dost tutmurlar. Halbuki siz bütün (səmavi) kitablara iman gətirmisiniz, (amma onlar sizin kitabınıza iman gətirmirlər.) Sizinlə rastlaşdıqda (münafiqcəsinə) deyirlər: Biz iman gətirdik. Elə ki, (öz aralarında) xəlvətə çəkilirlər, sizə olan qəzəblərindən barmaqlarının ucunu gəmirirlər. De ki, «öz qəzəbinizlə ölün!» Həqiqətən, Allah sinələrdə olanlardan agahdır.”


Bildirişlər


1. Düşmən ruhiyyəsinin müəyyənləşdirilməsi və insan meylinin səbəbləri çox dəqiqdir. Ona görə də ayənin başlanğıcında xəbərdarlıq və tənbeh məqsədi ilə “ha” təbiri işlədilmişdir.

2. Dostluq qarşılıqlı olmalıdır. Dostluğa meyl göstərməyənlə dostluğa can atmaq alçaqlıq səbəbidir.

3. Müsəlmanlar bütün əvvəlki səmavi kitablara inanırlar. O biri dindən olanlar isə Qurana inanmırlar.

4. Hər “iman gətirdim” sözünə arxayın olmayın.

5. Elə düşünməyin ki, sizin məhəbbətiniz düşmənin qəlbindəki kini aradan qaldırar.

6. Daxili stimullar xaricdən qaynaqlanır.

7. Düşmən sizə qəzəbli yox, qeyzlidir. Qeyz o zaman yaranır ki, insanın köksü qəzəblə dolmuş olsun.

8. İlahi yardımlardan biri müsəlmanlar üçün düşmən ruhiyyəsinin açıqlanmasıdır. Bu ruhiyyə ifşa olduqda, müsəlmanlar qəflətdən qurtulub ayıq-sayıq ola bilər.

9. Öz düşmənlərinizi əskildin (alçaldın).

10. Bəzən həsəd və kin kimi psixoloji hisslər insanı ölüm sərhədinədək aparır.

11. İslam əziyyətçil münafiqlərlə yekrəng kafirlərdən də sərt rəftar edir.

12. Bəzən nifrət və nifrini elan etmək lazım gəlir. Kinli kafirlər və hiyləgər münafiqlər məhv olmağa layiqdir.

13. Kafirləri cəzb etmək bəhanəsi ilə onlara məhəbbət göstərməyin. Bəzən kafirlərlə yaxınlığın səbəbi tamah, qorxu və ya satqınlıq olur.

14. Allah qəlblərin sirlərindən xəbərdardır.

Əgər inansaq ki, Allah hər şeydən xəbərdardır, hiylə və yalana əl atmarıq. Fitnəkar münafiqlər də bilsinlər ki, Allah onların əməllərindən xəbərdardır və vaxtında cavab verəcək.
120. ﴿ إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

Əgər sizə bir yaxşılıq çatsa, bu onları qəmgin edir. Əgər sizə pislik üz versə, onlar bundan şadlanarlar. Əgər (onların qarşısında) səbir etsəniz və təqvalı olsanız, onların bədxah hiylələri sizə heç bir zərər toxundurmaz. Həqiqətən, onların gördüyü işlər Allahın əhatəsindədir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin