Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə30/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

Bildirişlər


1. Keçmişdəki həssas günləri yaddan çıxarmayaq. Mühüm hadisələri təcrübə olaraq xatırlayaq.

2. Döyüş astanasında ailə fikrindən daşınmaq lazımdır.

3. Hərbi əməliyyatın peşəkar, coğrafi və təbii tənzimlənmələri düşmən həmləsindən qabaq həyata keçməlidir.

4. Döyüşə komandanlıq, düşərgə seçimi, strateji müdafiə məntəqələrinin təyini peyğəmbərin və ya müsəlmanların rəhbərinin öhdəsinədir.


122. ﴿ إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

Sizdən olan iki dəstə (döyüşdə) süstlük göstərmək fikrində idi. Amma Allah onların himayəçisi idi. (Bu fikirdən daşınmaqda onlara kömək etdi.) Möminlər yalnız Allaha təvəkkül etsinlər.”


Nöqtələr


Ous qəbiləsindən Bəni Sələmə dəstəsi, Xəzrəc qəlbiləsindən Bənu Arifə dəstəsi Ühüd döyüşündə iştirak etməmək qərarına gəldilər. Onların bu sayaq rəftar etmələri ilə bağlı müxtəlif səbəblər göstərilir:

1. Düşmən müsəlmanlardan sayca çox olduğu üçün qorxu hissi keçirirdilər.

2. Onların məsləhətinə qulaq asılmaması və döyüşün şəhərdə yox, Ühüd ətrafında aparılmasından doğan narahatlıq.

3. Peyğəmbərin yəhudilərə bu döyüşdə iştirak icazəsi verməməsi.

Amma Allah Öz lütfü ilə bu iki dəstəni günahdan saxladı, döyüş meydanından qaçmamaqda onlara yardımçı oldu. Allah onları Öz bəndəlik yolunda hifz etdi.2

Bildirişlər


1. Allah bizim çıxardığımız qərarlardan agahdır. O Öz peyğəmbərini xalqın düşüncələrindən xəbərdar edir.

2. Çətin günləri və həmin günlərin təcrübələrini unutmayın.

3. Döyüş meydanına gedənlərin hamısı eyni deyil.

4. Qətiyyətsiz insanların cəbhədə iştirakı məğlubiyyət və təhlükə amilidir.

5. Allahın hökmü altında olmayan insan süstləşir.

6.Allah möminləri özbaşına buraxmır. Çətin məqamlarda onların əlindən tutur.

7. Günah fikri əməl mərhələsinə çatmasa, insanı ilahi vilayətdən (hakimiyyətdən) xaric etmir.

8. Süstlüyün yeganə dərmanı Allaha təvəkkül etməkdir. Bu dərman isə yalnız möminlərin əlindədir.

9. Allaha təvəkkül etmək qələbə amilidir.
123. ﴿ وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ

Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.”


Nöqtələr


◘“Əzillətun” sözü ya Bədrdə möminlərin qüvvə azlığına, ya da döyüş vasitələrinin zəifliyinə işarədir. Bədr döyüşündəki çatışmazlıqların xatırlanması Ühüd döyüşü ilə müqayisədə müsəlmanların güclü olmasına işarədir.

◘Əvvəlki üç ayədə oxuduq ki, səbir və təqva insanı qoruyur. Bu ayədə isə nümunə olaraq Bədr mücahidləri göstərilir. Əvvəlki ayədə də təvəkküldən danışılırdı. Bədr mücahidləri təvəkkülün əməli nümunələridir. Ayə müsəlmanlara xitabən buyurur: Bədrdə Allahın yardımını gördüyünüz halda nə üçün Ühüddə qaçmaq fikrinə düşürsünüz?!


Bildirişlər


1. Döyüş meydanlarında qeybi yardımları yaddan çıxarmayın.

2. İlahi yardım möminlər üzərində ilahi vilayətin nişanəsidir.

3. Döyüş meydanlarında Allahın yardımını gördüyümüz üçün Allaha təvəkkül edək.

4. Döyüşün taleyini təbii amillər yox, ilahi yardımlar müəyyənləşdirir.

5. İlahi yardım istəyən hər bir insan təqvalı olmalıdır.

6. İlahi yardımların şükrü təqvalı olmaqdır.


124. ﴿ إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ

(Xatırla,) o zaman ki, möminlərə deyirdin: Nazil olmuş üç min mələklə Rəbbinizin sizə yardım etməsi sizə bəs deyilmi?!”


Bildirişlər


1. Xalqı ümidvar etmək və onların diqqətini qeybi yardımlara yönəltmək rəhbərlik vəzifələrindən biridir.

2. Döyüşçü üçün Allah lütfünə ümidvarlıq mühümdür.

3. Mələklər Allahın əmri ilə möminlərin xidmətində dururlar.

4. İlahi dünyagörüşündə insanların həyatı mələklər aləmi ilə əlaqədədir.

5. İlahi yardımlar Onun rübubiyyətinə əsaslanır.

6. Döyüş meydanında ilahi yardım vasitələrindən biri mələklərin nazil olmasıdır.


125. ﴿ بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ

Əlbəttə, əgər səbir və müqavimət etsəniz, təqvalı olsanız, düşmən üstünüzə qəzəblə gəlsə də, Rəbbiniz sizə beş min xüsusi mələklə yardım edər.”


Nöqtələr


◘Əvvəlki ayədə üç min yardımçı mələkdən danışılırdısa, bu ayədə beş min xüsusi mələyin yardımı yada salınır. Bu yardım döyüşçülərin səbir və təqvası sayəsində əldə olunur.

◘Mələklərin sayının zikri onların qüdrətinin məhdud olduğunu göstərir. “Nazil edilmiş” sözündən anlaşılır ki, mələklər Allahın hökmü altındadırlar. Onlar özbaşına heç bir iş görə bilmirlər. “Xüsusi” ifadəsi isə yardım mələklərinin ayrıca bir qüvvə olduğunu göstərir. İmam Zeynəlabidin (ə) mələklərə salamında hər bir xüsusi mələk dəstəsinin xüsusi əmr yerinə yetirdiyini bəyan edir.1


Bildirişlər


1. İstiqamət, təqva mələklərin və qeybi yardımların nazil olma amilidir.

2. İlahi yardımlar təkcə peyğəmbər dövrünə aid deyil.

3. Təqva ilə müşayiət olunan müqavimət dəyərlidir. Təqvasız müqavimət inadkarlıqdır.

4. Düşməndən qəflətdə qalmayaq. Düşmən qəzəb və coşqunluqla hücum edir.

5. Düşmən təqva əhlinə şiddətli hücuma keçdikdə Allah da Öz yardımını artırır.
126. ﴿ وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ

Allah bunu (mələklərin nazil olmasını) sizin üçün bir müjdə qərar vermişdir ki, qəlbləriniz bununla aramlıq tapsın. (Bilin ki,) qələbə yalnız “əziz və həkim” Allah tərəfindəndir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin