Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə43/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

Bildirişlər


1. Küfr həqiqəti tanımağa mane olur.

2. Ömrün uzun-qısalığı, rifah dövrü Allahın əlindədir.

3. Bütün insanlar xeyir axtarışındadır, amma bəziləri onu zərərlə səhv salırlar.

4. Allahın verdiyi möhlət onun sevgisi üçün nişanə deyildir.

5. Nemətlər yalnız xeyir yolda istifadə olunduqda səmərə verir. Əsk-təqdirdə nemət şər və günaha gətirib çıxarır.

6. Əsas məsələ ömrün uzunluğu yox, onun bəhrəli olmasıdır. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında belə ərz edir: «Pərvərdigara! Əgər ömrüm şeytan üçün otlaq olacaqsa, onu qısa et.»

7. Tələsik mühakimə yürütməyin, işin sonunu və axirəti də nəzərə alın.

8. Zalımların rifah içində yaşaması və hakimiyyəti Allahın onlardan razı olması nişanəsi deyil. Belə ki, bu, onlar qarşısında sakit dayanmağımız üçün dəlil ola bilməz.

9. Axirət əzabının müxtəlif növləri və mərhələləri vardır. Əvvəlki ayədə böyük əzab, bu ayədə isə zəliledici əzab yada salınır.
179. ﴿مَّا كَانَ اللّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىَ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاء فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ

Allah çirkini pakdan ayırmaq istəməsəydi, sizi bu gün olduğunuz halda boş buraxardı. Allah sizi qeybdən agah etmək istəyində deyil. Amma peyğəmbərlərindən kimi istəsə (qeybdən agah etmək üçün) seçər. Allaha və Onun peyğəmbərinə iman gətirin. Əgər iman gətirib təqva yolunu seçsəniz, sizin üçün böyük mükafat olacaq.”


Nöqtələr


◘Bu ayə Ühüd döyüşü haqqındakı son ayədir. Ayədə bildirilir: Dünya böyük bir sınaq meydanıdır. İman iddiasında olan hər kəs öz başına buraxılmır. İnsan cəmiyyətdə adi həyat tərzi yaşamır, məğlubiyyət və qələbələrlə sınağa çəkilir ki, onun batini bəlli olsun. Bəzi möminlər qeybdən və insanların qəlbindən xəbər tutmaq istəyirdilər. Onlar münafiqləri qeybi yolla tanımağa can atırdılar. Ayədə isə belə buyurulur: “Tanıma yolu qeyb yox, sınaqdır. Tədrici sınaqlar vasitəsi ilə yaxşı pisdən seçilir. İnsanlar qeyb elmi vasitəsi ilə tanınsaydılar, ümid şölələri sönər, ictimai bağlar qırılar və həyat hərc-mərcliyə düçar olardı.

Bildirişlər


1. Allah kafirləri özbaşına buraxır. Möminlər isə belə deyil.

2. Yaxşının pisdən seçilməsi ilahi bir qanundur.

3. İnsanların iman və küfrü onların batini bir keyfiyyətidir. İman və küfr qeybi elm yolu ilə yox, sınaq yolu ilə məlum olur.

4. Xalq arasında yaşayış insanların zahirinə əsaslanmalıdır. İnsanların iç sirrindən xəbərdarlıq həyatı iflic edər.

5. Qeyb elmi yalnız Allaha məxsusdur və Allah bəzi seçilmiş peyğəmbərlərinə bu elmdən müəyyən bir həddə bəhrə verər.

6. Həyat adi tərzdə keçməli olsa da, Allah bəzi bəndələrinə qeyb elmi əta edər.

7. Peyğəmbərlərin dərəcələri fərqlidir.

8. Allah risalət sahibi etdiklərini qeyb elmindən bəhrələndirər.

9. Qəlb imanı əməli təqva ilə müşayiət olunmalıdır.

10. Paklıq davamlı, pislik isə ötəridir. Pakın qeyri-pakdan ayrılması qeyri-pakın ötərilik nişanəsdir.


180. ﴿وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Allahın Öz fəzlindən verdiyini sərf etməyə xəsislik göstərənlər güman etməsinlər ki, (bu xəsislik) onlar üçün yaxşıdır. Əksinə, bu, onlar üçün çox pisdir. Tezliklə qiyamət günü həmin qıymadıqları şey boyunbağı şəklində boyunlarından asılar. Göylərin və yerin irsi Allaha məxsusdur. Allah etdiyiniz işlərdən agahdır.”


Bildirişlər


1. Həqiqəti görün və azğın düşüncələrdən uzaq olun.

2. Sənə məxsus olmayan malı verməkdə nə üçün xəsislik göstərirsən?!

3. Xəsisliyin səbəbi xeyir və şər haqqındakı yanlış bilgilərdir.

4. Peyğəmbərlik vəzifələrindən biri insanların baxış və təfəkkürünün islahıdır.

5. Dünya sevgisi şər adamı insanın gözünə xeyirxah kimi göstərir.

6. Qiyamətdə bəzi cansızlar da səhnəyə gələr.

7. Məad cismanidir.

8. Qiyamət, xeyir və şərin zühur səhnəsi həqiqətdir.

9. İnsan öz var-dövlətini sərf etməkdə mütləq surətdə azad deyil.

10. Qiyamət əməllərin zühur səhnəsidir. Hədisdə bildirilir: Hər kəs malının zəkatını verməsə, qiyamət günü var-dövləti ilan şəklində boynuna sarılar.1

11. Qiyamətin bərpa zamanı uzaq deyil.

12. Dünyada var-dövlət əsiri olmaq axirətdə əsarət səbəbidir.

13. Ən ağır işkəncə məhbub tərəfindən qamçılanmaqdır. Dünyada xəsislik göstərdiyimiz şey əzabımıza səbəb olar.

14. Allah həm dünyanın qalarlı miras sahibidir, həm də bizim infaqımıza ehtiyaclı deyil. Demək, infaq göstərişi bizim öz səadətimiz üçündür.

15. Hər şeyin və hər kəsin həqiqi sahibi Allahdır. Biz əliboş gəlmişik və əliboş gedərik, bəs xəsislik nə üçündür?!
181. ﴿ لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ

Həqiqətən, Allah “Allah fəqirdir, biz isə imkanlı” deyənlərin sözünü eşitdi. Tezliklə onların bu sözünü, peyğəmbərləri nahaqdan öldürmələrini yazacağıq və onlara deyəcəyik: Dadın yandırıcı atəşin əzabını.”


182. ﴿ ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ

O (əzab) özünüzün əvvəllər əldə etdikləriniz səbəbindəndir. Həqiqətən, Allah bəndələrinə qarşı sitəmkar deyil.”


Nöqtələr


◘Təfsirdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Bəni-Qiynəqa yəhudilərinə bir məktub yazdı və onları imana, namaza, zəkata və infaqa dəvət etdi. Bu məktub Fəthas adlı yəhudi aliminə - onun tədris yerində çatdıqda, üzünü şagirdlərə tutub istehza ilə dedi: “Bu dəvətə əsasən Allah fəqirdir, biz isə varlı. O bizdən borc alır və əlavə qaytarmağı vəd edir.”

◘Həzrət Peyğəmbər (s) dövründəki yəhudilər babalarının peyğəmbərləri qətlə yetirməsi ilə razı olduqlarından Allah bu qətli həm də onlara aid edir.

◘İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: “ İmamı ona verdikləri şeyə görə ehtiyaclı sayanlar “həqiqətən Allah fəqirdir” deyənlərin nümunəsidirlər.”2


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin