Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə48/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

Nöqtələr


◘Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri hesabına yaxşı yaşayırdılar. Müsəlmanlar isə Mədinəyə hicrət etdiklərindən, var-dövlətləri Məkkədə qaldığından iqtisadi cəhətdən çətinlik çəkirdilər. Bu ayə onlara təsəlli verir.

◘Həzrət Əli (ə) bir rəvayətdə buyurur: “Ardınca atəş gələn xeyir və xoşluğun dəyəri yoxdur.”1 Kafirlər üçün qısamüddətli ləzzət və əbədi əzab olduğu halda, möminlər üçün müvəqqəti çətinlik və əbədi rahatlıq var.


Bildirişlər


1. Peyğəmbərlərin də xəbərdarlığa ehtiyacı var. Bu xəbərdarlıqlar nəticəsində onlar başqalarının təsirindən amanda qalırlar.

2. Düşmənin siyasi, iqtisadi, hərbi heyətlər göndərib məclislər təşkil etməsi və müsahibələri sizi aldatmasın.

3. Maddi ləzzətlər nə qədər olursa olsun, məhdud və dəyərsizdir.

4. Kafirlərin rifah içində yaşaması onların haqq olması və sevilməsinə dəlil deyildir.


198. ﴿ لَكِنِ الَّذِينَ اتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلاً مِّنْ عِندِ اللّهِ وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلأَبْرَارِ

Amma öz Rəblərindən çəkinənlər üçün ağacları altından çaylar axan bağlar var. Onlar daim orada qalarlar. Bu qəbul Allah tərəfindəndir. Amma Allahın yanında olan xeyir, əməl sahibləri üçün daha üstündür.”



Nöqtələr


◘Ayənin ərəbcə mətnindəki “nüzul” sözü qonağın qarşılanması üçün olan ilk şeyə aiddir. Şərbət və meyvə buna misal ola bilər. Möminlərə bildirilir ki, kafirlərin ticari gediş-gəlişləri sizi təqva və imandan çıxarmasın. Sizin qəbulunuzun müqəddiməsi behişt bağlarından başlayır.

Bildirişlər


1. Dünyəvi nemətlər axirət nemətləri ilə müqayisədə heç bir şeydir.

2. Dünyəvi qazanc məqsədi ilə səy və təlaş təqvanın hifzinə və axirət mənafelərinə diqqətə mane olmur.

3. Əbədi behişt nemətlərinə diqqət insanı təqvaya sövq edir və cüzi dünya nemətlərinə aldanışın qarşısını alır.

4. Yaxşıların (“əbrar”) məqamı müttəqilərin məqamından ucadır.


199. ﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ

Həqiqətən, kitab əhlindən bəziləri Allaha, sizə nazil olana və özlərinə nazil olana mütiliklə iman gətirmiş kəslərdir. Onlar ilahi ayələri ucuz qiymətə dəyişmirlər. Allahın yanında mükafatı olan da onlardır. Həqiqətən, Allah tez hesab çəkəndir.”


Nöqtələr


◘Bəzi təfsirçilər bildirirlər ki, bu ayə kitab əhlinin İslamı qəbul edənlərinə aiddir. Onların qırx nəfəri Nəcran əhli, otuz iki nəfəri Həbəşə əhli, səkkiz nəfəri isə Rum əhli idi.1 Amma digər bir qrup təfsirçi bildirir ki, ayə Həbəşə padşahı Nəcaşi haqqındadır. Bu şəxs hicri tarixi ilə doqquzuncu ildə, rəcəb ayında vəfat etmişdir. Onun vəfatından xəbər tutan İslam peyğəmbəri xalqa buyurdu: “Sizin hicazdan xaricdəki bir qardaşınız vəfat etdi. Onun xidmətlərinə görə namaz qılmaq üçün hazır olun.” Bu şəxsin kim olduğu barədə soruşdular. Həzrət buyurdu: “O Nəcaşidir.” Sonra müsəlmanlar İslam peyğəmbəri ilə birlikdə Bəqi qəbristanlığına gedib Nəcaşi üçün namaz qıldılar.2

Bildirişlər


1. İnsafı gözləmək və kitab əhlinin yaxşılarını dəyərləndirmək lazımdır.

2. Əgər bir qrup iman gətirməyib həqiqəti gizlədirsə, digər bir qrup mütiliklə iman gətirir.

3. Müti şəkildə yerinə yetirilən və əhatəli imanın dəyəri var. İman möhkəm olmalı, maddiyyata görə dəyişməməlidir.

4. Dinini satan kəs əvəzində nə alsa aldanır.


200. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! (Çətinliklər və nəfs istəkləri qarşısında) səbirli olun, (düşmənlər qarşısında) möhkəm dayanın (başqalarını da səbrə dəvət edin), sərhədləri qoruyun və Allahdan çəkinin. Bəlkə nicat tapasınız.”


Nöqtələr


◘Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir.

İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin.

İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin.

Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə etiqad sərhədlərini qoruyun, qəlbləri də vəsvəsələrin hücumundan hifz etməyə çalışın.

“Rabitu” sözü “ribat” kökündən olub, «bir şeyi bir yerə bağlamaq» mənasını bildirir. Karvansaraya da bu dəlilə əsasən «ribat» deyirlər. Karvanlar həmin yerdə dayanıb, öz ticarət mallarını və miniklərini orada saxlayırlar. Eləcə də, Allahın lütfünə bağlanmış qəlb ribat adlandırılmışdır. “İrtibat”, “mərbut”, “ribat” sözləri eyni kökdəndir.

◘Rəvayətdə bildirilir ki, “rabitu” sözü namazın intizarında olmaq mənasını bildirir.1 Müsəlmanlar sanki öz qəlblərini namazda yaranan bağlılıqla möhkəmləndirirlər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Vacib vəzifələrin icrasında və çətinliklər müqabilində səbir edin, rəhbərlərinizin müdafiəsinə qalxın.2

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Gündəlik namazlarınızda möhkəm olun, düşmənlə cihadda fəallıq göstərin, Allah yolunda bir-birinizlə həmahəng olun ki, nicat tapasınız.”3


Bildirişlər


1. İman sayəsində kamilliklər əldə edin.

2.Fərdi çətinliklər qarşısında səbir edə bilməsəniz, din düşmənlərinə müqavimət göstərə bilməzsiniz.

3. Düşməndən geri qalmayın. Əgər kafirlər öz küfr yollarınnda müqavimət göstərib, qurban verirlərsə, mallarını xərcləyirlərsə, siz də Allah yolunda canınızla, malınızla möhkəm dayanın.

4. Müsəlmanlar bir-birlərinin müşküllərinə dözməli və bir-birlərini səbrə dəvət etməlidirlər.

5. İslam rabitə dinidir. Xalq, Allah və peyğəmbərlərlə rabitə bu qəbildəndir.

6. Səbir, dözüm və rabitə məqsədli olmalıdır. Təqva və Allahın razılığı yolunda səbir edib rabitə qurun. Başqa yolda kafirlər də bu işləri görür.

7. İslam əhatəli bir dindir. Səbir və təqva sərhədlərə diqqət məsələsi ilə yanaşı bəyan olunmuşdur.

8. Təqva imandan bir mərtəbə yuxarıdır.

9. Səbir səadət və qələbəyə çatmaq zəminəsidir.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin