Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə54/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

Nöqtələr


◘Qadının özünün irs olaraq ötürüldüyü cahilliyyət ənənələrinin ziddinə olaraq, ayədə yalnız var-dövlətin irs olduğuna işarə edilmişdir. Ölənin arvadı kimsənin irsi deyil. Qadın əri öldükdən sonra özünə başqa bir ər seçə bilər.

Bildirişlər


1. İslam qadınların hüquqlarını müdafiə edir.

2. Mehriyyəni zorla geri almaq haramdır.

3. Yalnız qadın iffətsizlik astanasında olduqda kişi ona əziyyət verə bilər.

4. Qadınlarla xoş rəftar etmək lazımdır.

5. Kişi dəyirmanın alt daşı kimidir. O, xoşrəftarlı olub çətinliklərə dözməlidir. Ayədə kişilərə xitab olunur.

6. Bir çox xeyirlər həyatın çətinlikləri ağuşundadır.

7. Övladların səadəti üçün ailə problemlərinin həlli, səbirli və xoşrəftar olmaq ayrılıq və boşanmadan yaxşıdır.

8. Bəzən xeyir və şər bizim istəklərimizə uyğun olmur. Bizim xoşlamadığımız bir şeydə Allah böyük faydalar qoya bilər. Bir sözlə, insan nəyin xeyirli olmasından tam xəbərdar deyil.


20. ﴿ وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلاَ تَأْخُذُواْ مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَاناً وَإِثْماً مُّبِيناً

Əgər bir zövcənin yerinə başqa birini seçmək istəsəniz, onlara çoxlu mal verin və ondan bir şey almayın. Məgər böhtan və aşkar günah yolu ilə onu geri almaqmı istəyirsiniz?!”


Nöqtələr


◘“Qintar” çoxlu mal mənasını bildirir.

◘Cahiliyyət dövründə yeni bir arvad almaq istəyənlər əvvəlki arvadı sıxıntıya salmaqla onun öz mehriyyəsini kişiyə bağışlamasına nail olmaq istəyirdilər. Əvvəlki qadın öz mehriyyəsindən keçdikdən sonra kişi onu boşayır və həmin mehriyyə ilə yeni bir arvad alırdı. Bu ayədə cahil ənənələr məzəmmət olunur.


Bildirişlər


1. İslam yenidən evlənməyə icazə verir.

2. Boşanma kişidən asılıdır.

3. Çox mehriyyənin eybi yoxdur. Bununla belə az mehriyyə ilə kifayətlənmək tapşırılmışdır.

4. İlahi qanunlar çərçivəsində mülkiyyət üçün məhdudiyyət yoxdur.

5. İslam qadın hüquqlarının himayəçisidir. Birinci qadının hüququnu pozmaqla ikinci dəfə evlənmək qadağandır.

6. Qadının mülkiyyət hüququ var. Mehriyyə əl vurulmadan ona təhvil verilməlidir.

7. Əgər bir şəxs düz yolla böyük mülkiyyət sahibi olmuşsa, «bu mülkiyyət çoxdur» - deyə ondan nəsə almaq olmaz.

8. Ən böyük zülm don geyindirməklə, böhtan atmaqla, şəxsiyyəti tapdalamaqla xalqın malının onun əlindən alınmasıdır.


21. ﴿ وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا

Hər biriniz o birinizdən kam apardığı və zövcələriniz sizdən möhkəm əhd aldığı bir halda, həmin malı necə geri alırsınız?!”



Bildirişlər


1. Nəhy əz münkər zamanı (pis işlərə qadağa qoyarkən) insani hisslərdən bəhrələnmək lazımdır. Siz ki, öz zövcənizlə kamil əlaqədə olub, ondan kam almısınız, nə üçün indi haqsız yerə onun mehriyyəsini geri alırsınız?!

2. Həyat çətinlikləri zamanı xoş günləri və anları xatırlamaq lazımdır.

3. Ailə məsələlərinin bəyanında ədəbi gözləyək.

4. Mehriyyə yaxınlıq müqabilində qadın üçün təyin olunmuş haqdır.

5. İzdivac əqdi möhkəm bir əhddir.

6. Mehriyyəni geri almaq əhdi pozmaqdır.


22. ﴿ وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً

Atalarınızın izdivac etdiyi qadınlarla izdivac etməyin. Keçmişdə (bu hökm nazil olmamış) edilənlər istisnadır. Həqiqətən, bu sayaq izdivac çox çirkindir, mənfurdur və pis bir yoldur.”


Nöqtələr


◘Cəhalət ənənələrindən biri də bu idi ki, bir şəxs dünyadan köçərkən onu övladları öz atalarının arvadları ilə izdivac edərdilər. Ənsardan Əbu Qeys adlı bir şəxs dünyasını dəyişdi. Onun övladı atasının arvadına evlənmək təklif etdi. Qadın dedi: “Peyğəmbərdən vəzifəmi öyrənməliyəm.” Peyğəmbərə bu barədə sual verildikdən sonra ayə nazil oldu və atanın arvadı ilə izdivac qadağan edildi.

Bildirişlər


1. İslam fitrət dinidir. İnsan təbiət etibarı ilə ana və analıqla izdivaca nifrət etdiyindən İslam da bunu haram buyurmuşdur.

2. Atanın arvadı ana yerindədir. Ona görə də kin və qarşıdurma əvəzinə övladlara analıq edilməlidir.

3. Övladlar evlənərkən atanın hörmətini hifz etməlidirlər.

4. Övladlar atanın arvadına ana kimi baxmalıdırlar.

5. İslam keçmişdə baş verənlərə göz yumur. Uyğun hökm nazil olmamışdan qabaq analıqla evlənmələr bağışlanır.

6. Danışarkən icmali və ya ayrıca dəlil gətirmək lazımdır.

7. Analıqla evlənmə başqa məhrəmlərlə də evlənməyə yol aça bilər.
23. ﴿حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاَتُكُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُكُمُ اللاَّتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِكُمْ وَرَبَائِبُكُمُ اللاَّتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ اللاَّتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ وَحَلاَئِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلاَبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ الأُخْتَيْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا

Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizə süd vermiş analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın öz ağuşunuzda tərbiyə etdiyiniz qızları ilə (evlənmək) sizə haram olmuşdur. Anaları ilə yaxınlıq etdiyiniz qızlarla yox, anaları ilə yaxınlıq etmədiyiniz qızlarla evlənməyinizin eybi yoxdur. Nəslinizdən olan oğlanlarınızın arvadları və eyni vaxtda iki bacı ilə evlənmək də haram edildi. Əvvəllərdə baş verənlər istisnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin