Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə63/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

Bildirişlər


1. Şirk ən mənfur günahdır və Allahın bağışlamasına mane olur.

2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.

3. Şirk dəlilsiz iddia və böyük bir yalandır.
49. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً

Özünü pak və eyibsiz sayanları görmədinmi? Xeyr, Allah istədiyini paklayar və onlara xurma özəyindəki sapca zülm olunmaz.”


Nöqtələr


◘Xudpərəstlik, özünü eyibsiz və hamıdan üstün bilmək Quran tərəfindən məzəmmət olunur. Necə ki, buyurulur: “Özünüzü tərifləməyin, Allah kimin müttəqi olduğunu daha yaxşı bilir.”2

Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin nişanələrindən biri kimi onların sitayiş qarşısında qorxu keçirdiyini bildirir.


Bildirişlər


1. Qürur və insanın özünü böyük saymasından doğan özünəsitayiş caiz deyil.

2. Bəşəri yox, ilahi göstərişlər əsasında paklanma dəyərlidir.

3. İlahi cəzalar Allahın zülmü yox, insanın pis əməllərinin nəticəsidir.
50. ﴿ انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا

Sən onların Allahın adından necə yalan danışdıqlarına bax! Həmin aşkar günah onlar üçün bəsdir.”


Nöqtələr


◘Yəhudilərin özlərini üstün irq, Allahın övladları və əzizləri sayması Allaha qarşı ən böyük iftiradır. Çünki Allah heç kimsəni övlad götürməmişdir. Hamı onun qarşısında bərabərdir və yeganə imtiyaz iman və təqvadır.

◘İftirada yalandan əlavə, böhtan, əziyyət, zülm, şəxsiyyətin alçaldılması da var. Allaha qarşı iftira, Onun adından yalan danışmaq orucu batil edir.

◘İmam Baqir (ə) buyurmuşdur: “Yalan şərabxorluqdan pisdir. İftira isə yalandan da ağırdır.”

Bildirişlər


1. Kitab əhlinin tanınması, əməl və əqidəsinin dəyərləndirilməsi peyğəmbərin vəzifəsidir.

2. Özünü pak və Allaha yaxın bilmə Allaha qarşı iftiradır və insanın təkamülünə mane olur. “İsm” (اثم) sözünün lüğət mənası insanı savabdan saxlayan şeydir.


51. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَؤُلاء أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً

Kitabdan bəhrə verildiyi halda büt və zalım hakimlərə iman gətirənləri görməmisənmi?! Onlar kafirlər haqqında deyirlər: “Onlar iman gətirənlərdən daha doğru yol tapmışlar.”


Nöqtələr


◘Ühüd döyüşündən sonra yəhudilərdən bir dəstəsi Məkkəyə getdilər ki, müsəlmanların əleyhinə müşriklərlə əl-ələ versinlər. Onlar kafirləri razı salmaq üçün onların bütləri qarşısında səcdə edib dedilər: “Sizin bütpərəstliyiniz müsəlmanların İslamından üstündür.”

◘Büt, sahir, kahin mənalarını bildirən “cibt” sözü Quranda bir dəfə, “tüğyan” sözündən olan “tağut” sözü isə səkkiz dəfə işlədilmişdir. Cibt və tağut dedikdə yəhudilərin səcdə etdiyi həmin iki büt də nəzərdə tutula bilər. Bu da ola bilər ki, cibt büt, tağut isə bütpərəstlərə, büt himayədarlarına işarə olsun.


Bildirişlər


1. Din haqqında naqis məlumat azğınlıq üçün zəmindir.

2. Düşmənlər İslamla mübarizə yolunda hətta öz əqidələrindən də əl çəkirlər. (Yəhudilər müsəlmanlara qarşı birlik yaratmaq və müşrikləri razı salmaq üçün bütlərə səcdə etdilər.)

3. İnadkarlıq ruhiyyəsi mühakimə istiqamətini dəyişir.
52. ﴿ أُوْلَـئِكَ الَّذِينَ لَعَنَهُمُ اللّهُ وَمَن يَلْعَنِ اللّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا

Onlar Allahın lənət etdiyi kəslərdir. Hər kəsə Allah lənət etsə, heç vaxt onun üçün yardımçı tapılmayacaq.”


Bildirişlər


1. Haqqa qarşı istənilən bir ittifaq lənətlənmişdir. Kitab əhlinin İslama qarşı müşriklərlə əl-ələ verməsi onların lənətlənməsi səbəbi oldu.

2. Düşmənlərin haqqa qarşı çirkin razılıqları heç vaxt nəticə verməyəcək. Allahın iradəsi qarşısında bütün ittifaqlar və əhdlər faydasızdır.

3. Allahın lənətlədiyi kəs daim məğlub olacaq.


53. ﴿ أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ الْمُلْكِ فَإِذًا لاَّ يُؤْتُونَ النَّاسَ نَقِيرًا

Onlar (yəhudilər) üçün hakimiyyətdən bir bəhrə varmı? Belə olsaydı, xalqa bir zərrə də verməzdilər.”


Nöqtələr


◘“Nəqir” dedikdə, ya xurma dənəsinin arxasındakı çökək, ya da quşların dimdiyinə götürdüyü şey başa düşülür. Bu söz bir şeyin dəyərsiz, cüzi olmasına işarədir.

◘İmam Baqir (ə) “nəsibun minəl-mulk” təbiri haqqında buyurmuşdur: “Nəzərdə imamət və xilafət tutulur. “Ənnas” dedikdə isə biz Əhli-beytə (ə) işarə olunur.”1 Yəni bu kəslər hakimiyyətə çatsalar, Əhli-beytə bir xurma özəyinin sapı qədər belə qüdrət verməzlər.

◘“Məcməül-bəyan” təfsirində nəql olunur ki, yəhudilər olduqca inhisarçıdırlar və qüdrətə çatsalar, kimsəyə ondan pay verməzlər. Bu təbir yəhudilərin xəsislik və dar baxışlılıq ruhiyyəsi ilə uyğundur.

Bildirişlər


1. Dininiz haqqında başqalarının yersiz mühakimələri sizi narahat etməsin.

2. Sonsuz hakimiyyət Allaha məxsusdur. Başqalarının əldə etdiyi hakimiyyət məhdud və müvəqqətidir.

3. Düşmənlərinizi yaxşı tanıyın. Onlar hakimiyyətə gəlsələr, sizi birdəfəlik görməməzliyə vurarlar.

4. Əlinə hakimiyyət və qüdrət düşən insan xalqın rifahı haqqında düşünməlidir.


54. ﴿ أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا

Yoxsa ki, onlar (yəhudilər) xalqa (müsəlmanlara) münasibətdə Allahın Öz fəzlindən onlara verdiyinə görə həsəd aparırlar? Həqiqətən, Biz əvvəllər Ali-İbrahimə səmavi kitab, hikmət və böyük səltənət verdik. (Bəs nə üçün indi Ali-Mühəmmədə (s) verməyək?)



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin