Bildirişlər
1. Allahın cəzaları ədalətlidir. Əgər kimlərsə meymun və donuz şəklinə salınmışlarsa, (məsx edilmişlərsə) bu onların öz əməllərinin əvəzidir.
2. Tağuta itaət edənlər də məsx olanların cərgəsindədir.
3. Bəşər tarixindəki fitnəkarların aqibətinin bəyanı Quranın təbliğ üsullarındandır.
4. Ehtiram saxlamayanın ehtiramı yoxdur.
5. Ağır cəza ağır azğınlıq üçündür.
61. ﴿وَإِذَا جَآؤُوكُمْ قَالُواْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ﴾
“Əgər (münafiqlər və ya kitab əhlindən bəziləri) sizin yanınıza gəlsələr, deyərlər: “İman gətirdik.” Halbuki onlar sizin yanınıza küfrlə gəlir və həmin küfrlə gedirlər. Allah onların gizlətdiklərindən daha çox xəbərdardır.”
Dostları ilə paylaş: |