Bildirişlər
1. İnsanların “imanlıyam” deməsi sizi aldatmasın. Dildə imanın izharı onun qəlbdə olması deyildir.
2. Allah insanların daxilindən onların özlərindən də çox agahdır.
3. Münafiqcəsinə “imanlıyam” deyənlər bilsinlər ki, Allah onların qəlbindən xəbərdardır.
62. ﴿وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ﴾
“Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!”
Dostları ilə paylaş: |