Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə11/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   7   8   9   10   11   12   13   14   ...   405

Bildirişlər


1. Allahın möminlərdən xüsusi bir intizarı var.

2. İlahi mərasimlərə və nişanələrə ehtiram iman əhlinin vəzifəsidir.

3. İlahi mərasimlərə və nişanələrə qarşı hörmətsizlik haramdır.

4. Zamanın ayrı-ayrı dönəmləri fərqlidir. Bəzi günlərin “əyyamullah” (Allah günləri) və bəzi ayların haram aylar kimi xüsusi hörməti var.

5. İlahi məqsəd yolunda ayrılmış heyvana da hörmət lazımdır.

6. Allah evinin yolçularına ehtiram göstərilməlidir. (Allah evi ziyarətçilərinin ehtiram və əmin-amanlığını pozan istənilən bir proqram haramdır. İstər həcc səfəri olsun, istərsə də ümrə.)

7. Həcdə əsil məqsəd Kəbənin ziyarətidir.

8. Həcc və ümrə dünya və axirəti qazanmaq üçün bir yoldur.

9. Halal fayda ardınca getmək bir dəyərdir. Quran Allah fəzlini ilahi razılıq və yaxınlıqla yanaşı tutmuşdur.

10. İslam ölkələri üçün Məkkədə iqtisadi fəaliyyət və tacarət azaddır.

11. Maddi faydalar Allahın insana fəzli və ilahi rübubiyyət şənindəndir.

12. Müəyyən dövrdə başqalarının düşmənçiliyi bizə başqa bir dövrdə zülm və təcavüzə əsas vermir.

13. Ədalətsizlik və həddi aşmaq haramdır. Düşmənlərlə münasibətdə də bu prinsip gözlənilir. (İntiqam alarkən də ədaləti gözləyin.)

14. Dini hisslər zülm üçün bəhanə ola bilməz.

15. Əhdlərə vəfa, ilahi mərasimlərin hörmət və müqəddəsliyinin qorunması yardıma ehtiyaclıdır.

16. Başqalarının xatalarına göz yummaq yaxşılığa yardım yollarından biridir.

17. İslam hökuməti və islami cəmiyyət beynəlxalq səhnədə məzlumları və yaxşı işləri himayə, zülm və pislikləri məhkum etməlidir.

18. Fəzilətlərin hərtərəfli inkişafı üçün şərait hazırlanmalı və həmin məqsədə çatmaq yolunda yardım göstərilməlidir.

19. Qəbilə, məntəqə, irq və dil yox, həqiqət himayə olunmalı “birr”ə yardım edilməlidir.

20. İslam cəmiyyətində xeyirxah fərd tənha deyil və zalımın yardımçısı yoxdur.

21. İlahi nişanələrin müqəddəsliyini sındırıb, pisliyə kömək göstərən kəslər ilahi cəzaya hazırlaşmalıdırlar.
3. ﴿حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾

Ölü heyvan, qan, donuz, Allahdan qeyrisinin adına kəsilmiş heyvan, boğulma, döyülmə, yıxılma, buynuzla vurulma səbəbindən ölmüş heyvan, yırtıcıların parçaladığı heyvan (ətini yemək) sizə haram edilmişdir. (Yırtıcı tərəfindən öldürülməmiş) şəri qaydada kəsilənlər istisnadır. Eləcə də, bütlər üçün kəsilmiş və ya qumar oxları vasitəsi ilə bölünmüş heyvanlar haramdır. Bütün bunlar Allaha itaətsizlikdir. Bu gün (hicri onuncu il, zil-hiccə ayının on səkkizinci günü Həzrət Əli (ə) Allahın əmri ilə Peyğəmbərə (s) canişin seçildi) kafirlər sizin dininizdən (onun məhv olmasından) məyus oldular. Onlardan yox, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim və Öz nemətimi sizin üçün tamamladım.




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin