Nöqtələr
◘Ayədə «Bəni-İsraildən alınmış əhd» dedikdə əvvəlki ayənin mahiyyəti, yəni Allaha, məada iman və saleh əməl nəzərdə tutula bilər. Eləcə də, bu ayənin özündə “rusulən” sözü ilə bəyan olunan peyğəmbərlərə itaət nəzərdə tutula bilər. Başqa bir halda “Bəqərə” surəsinin 93-cü, “Ali-İmran” surəsinin 81-ci ayələrində haqqında danışılan bildirişdən söhbət gedə bilər. Yəni əsas mövzu Allahın nazil etdiyinə əməldir.
◘Əvvəlki ayədə dedik ki, səmavi dinə bağlılıq təklikdə kifayət etmir, iman və saleh əməl də lazımdır. Bu ayə əvvəlki ayəni açıqlayaraq Bəni-İsrailin səmavi dinə bağlı olduğu halda hansı əməllərə uğradığından danışır.
◘Surə “əhdlərə vəfa edin” cümləsi ilə başlandığından, 67-ci ayədə Qədir-Xum əhvalatı bəyan olunduğundan, bu ayədə əhdi pozma, övliyaların qətlə yetirmə və onları təkzib etmə zikr edildiyindən bütün bu ayələr ibrət və xəbərdarlıq ola bilər. Eləcə də, Bəni-İsrailin vəziyyətinin ifşası ilə müşayiət olunan bu xəbərdarlıqlar diqqəti Qədir-Xum bəyanatına yönəldir.
Dostları ilə paylaş: |