Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə144/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   140   141   142   143   144   145   146   147   ...   405
90. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

Ey iman gətirənlər! Həqiqətən, şərab, qumar, bütlər, püşk oxları çirkin və şeytani işlərdəndir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız.”


Nöqtələr


◘Ərəblərdə şer və şəraba xüsusi bir bağlılıq vardı. Ona görə də şərab qadağası tədrici şəkildə həyata keçdi. Əvvəlcə ayə nazil oldu ki, xurma və üzümdən yaxşı qida və içki hazırlamaq olar.1 Digər bir ayədə qumar və şərabın zərərinin faydasından çox olduğu bəyan edildi.2 Daha sonra məst halda namaz qılınmasına qadağa qoyuldu.3 Nəhayət, yuxarıda zikr olunmuş ayə nazil oldu. Şərab, qumar, bütlər və püşk oxları çirkin və şeytani əməl sayıldı. Allah bütün bu işlərə qadağa qoydu.

◘Ayədəki “xəmr” sözü örtmək mənasını verir və “ximar” sözü ilə eyni kökdəndir. Qadınların örtüyü olan məqnə (yaylıq) də «ximar» adlandırılmışdır. Çünki yaylıq başın tükünü örtür. Şərab da insanın ağlını bir növ örtdüyündən “xəmr” adlandırılmışdır.

◘“Məysir” sözü “yusr” sözündən olub, asanlıq mənasını bildirir. Qumarda insanlar heç bir zəhmət çəkmədən pul qazandığından qumar “məysir” adlandırılmışdır.

◘Kəbə ətrafında düzülmüş daşlar “Nusub” adlandırılmışdır. Bu daşlar üzərində qurbanlıq kəsilərdi. Ayədə həzrət Peyğəmbərin (s) “ənsab” sözünün mənası haqqında belə buyurduğu nəql olunur: “Ənsab” odur ki, müşriklər bütlər üçün qurbanlıq edirdi.4

◘“Əzlam” cahiliyyət dövründə rəvac tapmış oxlarla püşk atma və qumar növüdür.

◘İmam Baqir (ə) ayədəki “xəmr” sözü haqqında buyurmuşdur: “İnsanı məst edən hər bir şey haramdır.”1

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İstənilən bir vasitə ilə, hətta qozla belə qumar oynamaq haramdır.”2

◘Hədisdə buyurulur: “Şərabxor bütpərəst kimidir.”3

◘Şərabın istehsalında istənilən növ həmkarlıq, onun yayılması və məsrəfi haramdır. İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, o həzrət şərabxorluqda müəyyən yollarla fəaliyyət göstərən on qrupa lənət oxumuşdur: (Şərab məqsədi ilə) üzüm tənəyi əkən, onu səmərəyə çatdıran, şərabı düzəldən, içən, paylayan (saqi), daşıyan, əldə edən, satan, alan, istənilən formada onun gəlirindən faydalanan.”4


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin