Bildirişlər
1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. (“İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)
2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.
3. İnsan yol seçimində azaddır.
4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.
5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.
6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.
93. ﴿لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ﴾
“İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”
Dostları ilə paylaş: |