Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə168/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   164   165   166   167   168   169   170   171   ...   405

Bildirişlər


1. Ölüm astanasındakı məqam vəsiyyət üçün son fürsətdir.

2. Ölüm hamının sorağına gəlir.

3. Vəsiyyət zamanı mömin şəxs çox diqqətli olmalıdır.

4. Xalqın haqqını qaytararkən iki ədalətli şahid tapın.

5. Xalqın haqqını qaytararkən əgər müsəlman tapılmasa, qeyri-müsəlmandan istifadə edin. (Amma həmin qeyri-müsəlman Allahı qəbul etməlidir ki, Onun müqəddəs adına and içə bilsin.)

6. Xalqın hüququnu hər yerdə qorumaq zəruridir.

7. Haqqı qaytarmaq üçün bütün şəkk-şübhələri dəf edin.

8. And şəkki aradan qaldırmaq yollarındandır.

9. Yalnız Allah adına içilən and dəyərli və mötəbərdir.

10. Haqların ödənməsində dini, ilahi səhnələrdən, müqəddəs məkan və zamanlardan faydalanın. Bir şəxs Həzrət Əlidən (ə) beytül-mal (ümumi dini büdcədən əlavə pay) istədi. Həzrət buyurdu ki, həmin şəxs cümə günü gəlsin. Cümə günü Həzrət Əli (ə) həmin şəxsi cümə namazına aparıb izdihamı ona göstərərək buyurdu: “Sənin yersiz istəyin bu xalqın malını oğurlamaq mənasındadır.” Hədisdən görünür ki, Həzrət Əli (ə) öz nurani kəlamlarının təsirli olması üçün namaz, cəmiyyət və cümə günündən istifadə edir.

11. Haqların ödənməsində ən münasib fürsətlərdən faydalanmaq lazımdır. (Namaz paklıqda və yalandan uzaqlaşmada rol oynayır.)

12. Pul əldə etmək istəyi azğınlıq amillərindən biridir.

13. Qohumluq əlaqələri və məhəbbət azğınlıq amillərindəndir.

14. Yalnız xalqın haqqı (həqqün-nas) ilə bağlı andnamənin mətni vəhy yolu ilə diqtə olunmuşdur.

15. Andda haqqı gizlətmək və xəyanət ədalətli şəxsi günahkar edər. Bütün ilahi dinlərdə bu iş haram sayılmışdır.
107. ﴿فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانُ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ﴾

Əgər məlum olsa ki, həmin iki (qeyri-müsəlman) şahid günah və xəyanət etmişdir (və andları nahaq olmuşdur), digər iki nəfər (müsəlman, şahidlikdən zərər görmüş, meyitə yaxın olan) qalxıb Allaha and içsinlər ki, bizim andımız o iki nəfərin andından haqqa daha yaxındır. Biz (haqqa) təcavüz etməmişik, əgər belə etsək, şübhəsiz, sitəmkarlardanıq.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin