Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə17/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   13   14   15   16   17   18   19   20   ...   405

Nöqtələr


◘Ayədə buyurulur: Kitab əhlinin təamları müsəlmanlara halaldır. Amma əvvəlki ayədə ətin halal olması üçün kəsim zamanı Allahın adının çəkilməsi şərt qoyulduğundan bu ayədə yəhudi və məsihilərin ətdən savay təamları nəzərdə tutulmalıdır. Həzrət Əlinin (ə) buyurduğu rəvayətlərdə də «təam» deyildikdə buğda, arpa nəzərdə tutulmuşdur. İbn-Əsir və Xəlil kimi lüğətşünaslar deyir: “Hicaz leksikonunda buğda da təam adlandırılmışdır.”1

◘Bu ayə dini azlıqlarla get-gəli, yemək yeməyi və izdivacı mümkün saydığından və bu yolla müsəlmanlar gündəlik get-gəl nəticəsində yəhudi və məsihi qızları ilə izdivac edə biləcəyindən müsəlmanlar tədricən yəhudi və məsihilərin əqidəsinin təsiri altına düşə bilərdilər. Ona görə ayənin sonunda xəbərdarlıq edilir ki, hər kəs imandan üz çevirsə əməli puç olar.

◘“Xidn” sözünün cəm forması olan “əxdan” sözü, adətən, xəlvəti və qeyri-şəri dostlar haqqında işlədilir.

◘Qida məsələsində ayə müsəlman və kitab əhlinə icazə verir ki, bir-birlərinin təamlarından istifadə etsinlər. Amma yalnız müsəlmanlara kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Müsəlman qadınlarının kitab əhli ilə izdivac etmək icazəsi yoxdur. (Adətən, qadınlar öz ərlərinin təsiri altına düşdüyündən müsəlman qadının kitab əhlinə ərə getməsi onun əqidə baxımından süqutu ilə nəticələnə bilər. Ona görə də kitab əhlinə qız vermək caiz deyil.)

◘“Muhsin” və “muhsinət” azad, evli və müsəlman olmaq mənalarını bildirir. Burada “muhsənat” dedikdə şübhəsiz ki, azad qadınlar nəzərdə tutulur. Ərli qadınla izdivac qəti şəkildə haramdır.

◘Ayədə kitab əhli ilə nəzərdə tutulan izdivac müvəqqəti izdivacdır. (Bu məsələdə hər kəs öz təqlid etdiyi mərcənin nəzərinə tabe olmalıdır.) Çoxsaylı rəvayətlərə əsasən və adətən müvəqqəti izdivac mehriyyəsi mənasını bildirən “ucurəhunnə” sözünə görə ayədə müvəqqəti izdivaca işarə olunduğu bildirilir.

◘Bir şeyin haqq olmasını qəbul edib, həmin şeyə əməl etməyən kəsin gördüyü işlər puçdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə də bu məna təsdiqlənir.1

◘Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurmuşdur: “İnsanın imandan xaric olmasına səbəb olan ən kiçik şey odur ki, haqqın ziddinə bir nəzər bildirsin, həmin nəzər üzərində dayanıb onu müdafiə etsin.” Sonra həzrət bu ayəni tilavət etdi.2



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin