Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə19/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   15   16   17   18   19   20   21   22   ...   405

Nöqtələr


◘“Nisa” surəsinin 43-cü ayəsində qüsl və təyəmmüm mövzularına işarə olundu. Bu ayədə əlavə olaraq dəstəmaz məsələsinə toxunulur.

◘“Qiyam”, sözü “ila” hissəsi ilə yanaşı işləndikdə “iradə etmək, istəmək” mənasını bildirir. Yəni “namaz qılmaq istədiyin vaxt.”

◘“Cünub” sözü tək və cəm halda həm qadın, həm də kişiyə eyni şəkildə aid edilir. Bəlkə də bu ayədə «cünub olmaq» dedikdə yalnız möhtəlim olmaq, «qadınlarla təmas» dedikdə cinsi yaxınlıq nəzərdə tutulur.

◘“Fəttəhhəru” göstərişi qüsl verilməsinə aiddir. Bu ehtimal “Nisa” surəsinin 43-cü ayəsinə əsaslanır.

◘“Dirsəklərə qədər” ifadəsi istiqamət yox, ölçü göstərir. Ərəb dilində həm barmaqlardan əl topuğunadək, həm barmaqlardan dirsəyədək, həm də barmaqlardan çiyinədək olan hissəyə “yəd”, yəni “əl” deyilir. Ayədə buyurulur ki, dəstəmazda əli nə az, nə də çox, dirsəyədək yuyun.

◘Təyəmmümdə bir bəndəlik ruhiyyəsi var. Əli torpağa vurub ən uca üzv olan alına çəkməkdə bir təvazö var.

◘Su çirkinliyi aradan qaldırdığı kimi, pak torpaqda da mikrob öldürmə xüsusiyyəti var. Çünki torpaq günəş şüası və yağış altındadır.

◘“Suud” sözündən olan “səid” sözü uca yer mənasını bildirir. İmam Sadiq (ə) “səidən təyyiba” ifadəsi haqqında buyurur: “Bu söz üstündən üzüaşağı su axan uca yeri bildirir.”1 Bəli, çirkin suyun toplandığı çökəyin torpağı təyəmmümə münasib deyil. Çünki təyəmmüm üçün pak torpaq şərtdir.

◘Hədisdə oxuyuruq: “Namaz yalnız təharətlə (dəstəmaz, qüsl və ya təyəmmüm) düzgündür.”2

◘Hədisdə oxuyuruq: “Həmin yerdən başla ki, Allah Quranda başlamışdır.”3 Quranda əvvəlcə üz, sonra qolların yuyulması, daha sonra baş və ayaqlara məsh çəkilməsi bildirildiyi kimi, dəstəmaz da eyni ardıcıllıqla alınır.

◘İmamdan soruşuldu ki, dəstəmazda nə üçün başın bir hissəsinə məsh çəkilir? İmam buyurdu: “Biruusikum” sözünün başlanğıcındakı “ba” hərfinə görə. Uyğun söz başın bir hissəsini bildirir. Əgər eyni söz “ba” hərfi olmadan işlənsəydi, bütün baş nəzərdə tutulardı.”4

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ayədəki “laməstum” sözü cinsi yaxınlığı bildirir. Allah bu mənanı örtülü bəyan etmişdir. Allah bizdən fərqli olaraq örtülü danışmağı sevir.”5

◘İmam Riza (ə) dəstəmazın fəlsəfəsi haqqında buyurmuşdur: “Dəstəmaz Allah qarşısında duran zaman paklıq zəminəsidir.”; “Dəstəmaz bəndəlik və itaət nişanəsidir”; “Dəstəmaz çirkinlik və murdarlıqdan uzaqlıq amilidir”; “Dəstəmaz süstlük və yuxululuqdan kənarlıq səbəbidir.”; “Dəstəmaz namaza hazırlıq və ruhi təkamüldür.”6


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin