Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə195/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   191   192   193   194   195   196   197   198   ...   405

Nöqtələr


◘Kafirlərin istəyi əsasında mələk nazil olsaydı, o ya peyğəmbər sifətində, ya da öz həqiqi simasında olmalı idi. Onun həqiqi simasını görməyə isə kimsədə taqət yoxdur.1

◘Şeytani təkəbbür ruhiyyəsi insanı özü kimi bir bəşərə ardıcıllıqdan çəkindirir. Gah deyir ki, nə üçün peyğəmbərlər bizim kimi xörək yeyir, bazarlarda gəzir, bizim kimi geyinirlər?2 Gah da bir-birlərinə deyirlər ki, əgər özünüz kimisinə itaət etsəniz ziyana düşmüşsünüz.3


Bildirişlər


1. Bəhanəçi kafirlər insanı risalət məqamına layiq bilmir, mələk istəyirdilər.

2. İlahi sünnə, qanuna əsasən, xalqın istəyi əsasında möcüzə göndərilsə və həmin möcüzəni xalq inkar etsə, hökmən həlak olmalıdırlar.4

( Peyğəmbərlərin dəvəti azadlıq, təvəkkül, seçim və möhlət prinsiplərinə əsaslanır. Mələyin elçi olaraq göndərilməsi, səmadan süfrə nazil edilməsi kimi istəklər möhləti başa çatdırır və həmin məqamda yeganə yol qəbul etmək olur. Əks-təqdirdə bədbəxtçilik qaçılmazdır.)
9. ﴿وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ﴾

Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin