Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə20/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   16   17   18   19   20   21   22   23   ...   405

Bildirişlər


1. Təmizlik və paklıq iman şərtləridir.

2. Paklıq namaz şərtidir.

3. Quranla təmas pak insanlara aid olduğundan Allahla rabitə də paklığa ehtiyaclıdır.

4. Cismin çirkinliyi Allahla yaxınlığa mane olur.

5. Mövzunun əsas məqsədi, xüsusi ilə yaxınlıq məsələlərində, həya, iffət və ədəbin gözlənilməsidir. Hüquqi məsələlərdə çaşqınlıq yaranmasın deyə, qanunlar aydın və pərdəsiz bəyan olunur. Mehriyyə və həzrəti Məryəmə atılan böhtanların rəddi ilə bağlı uyğun şəkildə bəyanatlar verilir.1

6. Namazın şərtləri və müqəddimələri yüngülləşdirilə bilər. Amma namaz heç vəchlə öhdədən götürülmür.

7. Dəstəmaz və ya qüsl suyu tapmaq üçün çalışmaq lazımdır. Əgər səylər nəticə verməsə, növbə təyəmmümə çatır. (“Fələm təcidu” ifadəsi o zaman işlənir ki, insan çalışsa da axtardığını tapa bilməsin.)

8. Çirkin su və ya torpaq ilə Allahla rabitə bərqərar etmək olmaz.

9. Əvvəlki iki ayədə bəyan olunduğu kimi, həm qidalar, həm də hazırda işarə olunduğu kimi, təyəmmüm torpağı pak olmalıdır.

10. Dini hökmlərdə çətinlik yoxdur.

11. Dəstəmaz, qüsl və təyəmmümdə məqsəd mənəvi paklıq və Allahla rabitəyə hazırlıqdır.

12. İlahi vəzifə insan üçün bir nemətdir.

13. Vəzifənin yerinə yetirilməsi Allaha şükür nümunələrindəndir.
7. ﴿وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

Xatırlayın Allahın sizə əta etdiyi neməti və “eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdi! Allahdan çəkinin! Çünki Allah sinələrdə olandan agahdır.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin