Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə21/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   17   18   19   20   21   22   23   24   ...   405

Nöqtələr


◘Nemətin yada salınması və ayədə bəyan olunmuş məsələlərə riayət mövzuları ümumi bir xəbərdarlıq olsa da, müəyyən dəlillərə əsasən, ilk öncə İslam cəmiyyətinə rəhbərlik və bu rəhbərə itaət məsələləri nəzərdə tutula bilər. Həmin dəlillərə nəzər salaq:

1. İlahi rəhbərlik Allahın əhdidir. Bu məsələni həzrət İbrahimin öz nəsli üçün imamət məqamı istəməsi və Allahın “Mənim əhdimə (imamətə) zalımlar çatmaz” buyurması haqqında danışan əhvalat da təsdiqləyir.2

2. Qədir-Xumda Həzrət Əli (ə) imamət məqamına təyin olunduqdan sonra uyğun surənin 3-cü ayəsi nazil oldu və bildirildi ki, bu gün Allah Öz bəndələrinə nemətini tamamladı.

3. Məhz Qədir-Xumda xalq həzrət Əliyə (ə) beyət edib, “Eşitdik və itaət etdik” söylədi. Bu ayə xalqı növbəti dəfə ilahi rəhbərə vəfalı olmağa və möhkəmliyə çağırır.

◘Eşitmək və itaət haqqındakı əhd insanların təbii və fitri, söz və ya əməli şəkildə peyğəmbərlə bağladığı əhdlərə şamildir. Xalqın tövhid və nübuvvətə beyətləri və şəhadətləri də bu qəbildəndir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin