Nöqtələr
◘Bu ayənin nazilolma şəni haqqında deyilir ki, Əbu-Sufyan, Vəlid ibn Muğeyrə, Utbə, Şeybə və Nəzr ibn Haris Kəbə kənarında peyğəmbərin Quran tilavətini dinləyirdilər. Onlar Nəzrə dedilər: “Nə oxuyur?” Nəzr dedi: “And olsun Kəbənin Allahına ki, oxuduğunu anlamıram, amma bu, qədimkilərin əfsanələrindən başqa bir şey deyil. Mən bu dastanların oxşarını sizə danışmışam.” Sonra bu ayə nazil oldu.
◘“Əkinnə” pərdə mənasını bildirir. “Vəqr” ağırlıq, “əsatir” dinlənilməsi cazibəli olan ardıcıl və xəyali mətləblərdir.
◘Qəlbə pərdə çəkilməsi və qulaqların ağırlaşdırılması müşriklərdəki inadkarlıq ruhiyyəsinə əsaslanır.1
◘Əvvəlki ayədə söhbət müşriklərdən getsə də, bu ayədəki “əlləzinə kəfəru” təbirindən müşriklərin həmin kafirlər olduğu məlum olur.
Dostları ilə paylaş: |