Nöqtələr
◘Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir.2
Bildirişlər
1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar.
2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür).
3. Bəzilərinin islah olacağına heç bir ümid yoxdur. Onlara fürsət verildikdə yenə də əvvəlki halda qalırlar.
(Bəli, insan dünyada hər dəfə çətinliklərlə qarşılaşdıqda peşman olur, amma rahatlığa çıxan kimi verdiyi sözləri unudur.)
4. Yalançılıq insanda xasiyyətə çevrildikdə, o, qiyamətdə də yalan danışır. 23-cü ayədə bu məsələyə işarə olundu.
29. ﴿وَقَالُواْ إِنْ هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ﴾
“Onlar dedilər: “Bizim dünya həyatımızdan başqa heç bir həyat yoxdur və biz (öləndən sonra) dirildilməyəcəyik.”
30. ﴿وَلَوْ تَرَى إِذْ وُقِفُواْ عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُواْ بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُواْ العَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ﴾
“Əgər görsən ki, onlar Rəblərinin hüzurunda saxlandıqları vaxt (Allah) buyurar: “Bu (qiyamət), haqq deyilmi?” Deyərlər: “Bəli, and olsun Rəbbimizə (ki, haqdır).” O buyurar: “Belədirsə, öz küfrlərinizin cəzası olaraq əzabı dadın.”
Dostları ilə paylaş: |