Bildirişlər
1. Müşriklər darbaxışlı və maddiyyatçı fərdlərdir. Onlar həyatın yalnız dünya həyatından ibarət olduğunu düşünürlər və qiyaməti inkar edirlər. Müşriklər bütləri şəfaətçi seçərkən dünya şəfaətini nəzərdə tuturlar.6
2. Allah bütün inadkarlıqların cavabsız qalmayacağını bildirməklə peyğəmbərə təsəlli verir.
3. Günahkarlar zəlil əsirlər tək tutular və saxlanılarlar.
4. Qiyamətdə ilkin dərəcədə hakim və sorğuçu Allahdır.
5. Kafirlərin və müşriklərin qiyamətdəki etirafları səmərəsizdir.
6. Kafirlər qiyamətdə təkrar-təkrar and içərlər.
7. Qiyamət cəzaları dünyadakı küfr və inkarlara xatirdir.
31. ﴿قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ حَتَّى إِذَا جَاءتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُواْ يَا حَسْرَتَنَا عَلَى مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَى ظُهُورِهِمْ أَلاَ سَاء مَا يَزِرُونَ﴾
“Sözsüz, (qiyamətdə) Allahla görüşü təkzib edənlər ziyankar oldular. Vəd olunmuş saat qəfildən soraqlarına gələn kimi, öz günahlarının ağır yükünü arxalarında çəkdikləri halda deyərlər: “Dünyada yol verdiyimiz nöqsanlara görə vay halımıza!” Agah olun ki, çiyinlərində çəkdikləri yük necə də pis yükdür.”
Dostları ilə paylaş: |