Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə268/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   264   265   266   267   268   269   270   271   ...   405

Nöqtələr


◘Rəvayətlərdə bildirilir ki, Allah Öz bəndələrinin hesabını bir qoyunu sağmaq müddətində - olduqca tez bir zamanda - aparar.1

◘Həzrət Əlidən (ə) soruşdular: “Allah bu qədər məxluqun hesabına necə yetişir?” Həzrət buyurdu: “Onlara ruzi çatdırdığı kimi.” Sual olundu: “Görünmədiyi halda necə hesab aparır?” Həzrət buyurdu: “Necə ki, görünmədiyi halda bəndələrin ruzisini verir.”2

Sual: “Allahın hesab aparması ayə və rəvayətlərdə göstərildiyi kimi sürətlə gerçəkləşirsə, nə üçün qiyamət günü bir bu qədər uzundur?

Cavab: Qiyamətin uzunluğu bir növ cəzadır. Onun uzunluğunu hesabın çətinliyi ilə ölçmək olmaz.3 (Hesabın tezliyinə gəldikdə, insan Allahın məxluqu olduğu halda, bugünkü dünyada kompüter vasitəsi ilə bir dəqiqədən də az müddətdə olduqca böyük hesabatlar aparır.)


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin