Nöqtələr
◘Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. “Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir.2
Bildirişlər
76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir.
4. Cisimlərin kiçik-böyüklüyü mühüm deyil. Bütün cisimlər dəyişən və müvəqqətidir. Ona görə də cismi Allah saymaq olmaz.
5. Haqqın təlim və batilin tənqid üsulu addım-addım olmalıdır. Əvvəlcə ulduz və ay, nəhayət, günəş inkar olunur.
6. Şirkdən cana yığılma, şirklə düşmənçilik İbrahimə xas bir fəryaddır.
7. Düşmənçilik fərdlərlə yox, şirkə yönəlmişdir.
8. Əvvəlcə dəlillər bəyan olunmalı, sonra arxa çevrilməlidir. (Əvvəlcə tülu və qürub bəyan olundu, sonra şirkə arxa çevrildi.)
79. ﴿إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ﴾
“Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.”
Dostları ilə paylaş: |