Nöqtələr
◘Ayədəki “sultan” sözü dəlil, höccət mənasını bildirir.
◘Qorxunu Allaha etiqad səbəbləri bilənlərin əksinə olaraq, ayə qorxunu şirk səbəbi bilir. Ehtimali hədələrdən qorxmayın.
Bildirişlər
1. Xəyali hədələrdən qorxmayın.
2. Ruhi aramlıq yalnız tövhid sayəsində əldə edilir.
3. Dini əqidələr dəlilə əsaslanmalıdır.
4. Mübahisə zamanı xalqın təəssüb hissini qızışdırmaq olmaz. Ayədə buyurulur ki, biz amandayıq, siz təhlükədə.
5. Həqiqi elm Allaha doğru yolu göstərir. Əgər ondan düzgün istifadə etsək, nəticələr də düzgün olar.
82. ﴿الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَ﴾
“İman gətirib imanlarını zülm və şirkə bulaşdırmayanlar o kəslərdir ki, onlar üçün əzabdan qurtuluş var. Onlar hidayətə nail olanlardır.”
83. ﴿وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ﴾
“Bu (növ dəlil) qövmü qarşısında Bizim İbrahimə verdiyimiz höccətdir. İstədiyimiz kəsi (layiq bilsək) yüksək dərəcəyə çatdırarıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir. (Elm və hikmət əsasında insanların məqamını ucaldır.)
Dostları ilə paylaş: |