Nöqtələr
◘Əvvəlki ayələr tövhid və şirk haqqında idi. Bu ayələr ötən ayələrin xülasəsi yerindədir. Necə ki, hədisdə buyurulur: “Zülm dedikdə bu ayədə şirk nəzərdə tutulur.”1
◘Bəzi rəvayətlərdə zülm şəkk-şübhə kimi mənalandırılmışdır.2 Əlbəttə ki, bəzən şirk ixtiyarsız, araşdırmanın müqəddiməsi kimi ortaya çıxır. Bəzən isə şəkkin səbəbi bəhanə olur. Bu növ şəkk zülmdür.3
◘İmam Baqir (ə) buyurmuşdur: «Bu ayə, həyatı boyu bir an belə şirkə yol verməmiş həzrət Əli (ə) haqqında nazil olmuşdur.»4
◘“Ləbs” sözü örtmək mənasını bildirir. İman fitri olub heç vaxt məhv olmadığından, güman ki, söhbət onun üstünün tozla örtülməsindən gedir.
Dostları ilə paylaş: |