Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə308/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   304   305   306   307   308   309   310   311   ...   405

Bildirişlər


1. Allaha qarşı iftira əqidə zülmüdür. Azğınların rəhbərlik iddiasına düşməsi isə ən böyük zülmdür.

2. Haqqın düşməni ya haqqı alçaldır, ya da özünü yuxarı qaldırır. Əvvəlcə deyir: “Quran əfsanədir.” Müvəffəq olmadıqda sözünü dəyişir: “Mən Qurandakı kimi cazibəli sözlər söyləyə bilərəm.”. Bu məsələyə “Ənfal” surəsinin 31-ci ayəsində də toxunulur.

3. Haqsız və yalançı iddiaçılar can verəsidirlər.

4. Axirət cəzaları ölüm anından başlayır. Kafirlərə deyilir: “Can ver, öl.” Bu sözlər alçaldılma ilə müşayiət olunur.

5. İnsanın ruhu onun cismindən ayrı və müstəqildir.

6. Vəhy və dinin təhqir cəzası qorxunc və zəliledici əzabdır.


94. ﴿وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاء ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ﴾

Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin