Bildirişlər
1. Cəhalət xurafata meylin köküdür. (İnsanın Allaha əqidəsi elmə əsaslanmalıdır.)
2. Yaranmış yaradana necə şərik ola bilər?!
3. İzdivac və övlad sahibi olma hansısa naqisliyi tamlaşdırmaq üçündür. Allah bu sayaq eyblərdən pakdır.
101. ﴿بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
“O, göyləri və yeri yaradandır. Onun üçün yoldaş olmadığı halda övladı necə ola bilər?! O hər şeyi yaratmış və hər şeyi biləndir.”
102. ﴿ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ﴾
“Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.”
Dostları ilə paylaş: |