Bildirişlər
1. Allah maddi cisim deyildir.
2. Kimsə Allahın zatından xəbərdar deyil.
3. Heç bir pərdə və maneə ilahi elmin qarşısını ala bilməz.
4. Bütün çirkinliklərimizi bilsə də, yenə də bizə lütf göstərir.
5. Allah varlıq aləmindəki bütün incəliklərdən və sirlərdən xəbərdardır.
104. ﴿قَدْ جَاءكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ﴾
“Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.”
Dostları ilə paylaş: |