Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə34/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   30   31   32   33   34   35   36   37   ...   405

Bildirişlər


1. O insanlar hidayət ola bilirlər ki, Allahın razılığını qazanmaq əzmində olsunlar, məqam, mal, nəfs istəkləri və intiqam ardınca düşməsinlər.

2. İnsan özü öz hidayəti üçün zəmin hazırlayır.

3. Salamatçılıq və səadət yollarına hidayət Allahın razılığını qazanmaqdan asılıdır. Allahdan qeyrisini razı salmaq istəyində olanlar azmışlar.

4. Haqq yol birdir, batil yollar isə (şirk, küfr, nifaq, təfriqə yolları) çoxsaylı. (“Nur” kəlməsi tək, “zülmət” kəlməsi isə cəm formada işlədilmişdir. Bəli, bütün yaxşılıqlar və paklıqlar tövhid nuru sayəsində vəhdət və birlik halına gəlirlər. Zülmət isə həmişə təfriqə və cərgələrdə pərakəndəlik səbəbidir.)

5. Hədəf bir, ona çatmaq yolları isə çoxdur.

6. Vəhy məktəbi fərd və cəmiyyətin, ruh və cismin sağlamlıq və səadətini təmin edir.

7. Bəşəriyyət Quran sayəsində yanaşı yaşayış və həyat səfası əldə edir.

8. Salamatlıq yolu doğru yola aparır. Müxtəlif şəraitlərdə növbənöv vəzifələri yerinə yetirənlər Allahın razılığını qazanır və doğru yola çatırlar.

9. Doğru yola çatmaq üçün peyğəmbər və kitab kifayət etmir. Bu işdə Allahın lütf və istəyi də zəruridir.

10. Nə cəbr (məcburiyyət), nə də təfviz (özbaşına buraxılma). Həqiqət bu iki yol arasındadır. İnsan seçim aparır. Amma Allahın iradəsi olmadan məqsədə çatmaq olmur.

11. Quran bütün zülmətlərin şəfabəxş məlhəmidir. Cəhalət, şirk, təfriqə, vəhşilik, şəkk-şübhə, nəfs istəkləri, xurafat, cinayət, iztirablar zülməti Quran vasitəsi ilə elm, tövhid, vəhdət, mədəniyyət, yəqin, haqq, səfa və aramlıq nuruna çevrilir.
17: ﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin