Nöqtələr
◘Dişi və erkək həm birlikdə, həm də ayrı-ayrılıqda “zövc” adlandırılır. Bu ayədə onların hər biri ayrılıqda «zövc» adlandırılmışdır. «Səkkiz zövc» dedikdə dörd erkək, dörd dişi nəzərdə tutulur. Onlardan dördünün adı 143-cü, dördünün də adı 144-cü ayədə çəkilir. “Nəcm” surəsinin 46-cı ayəsində də “zövc” kəlməsi işlədilmişdir. Orada da uyğun söz tək hala aiddir.
◘“Zumər” surəsinin 6-cı ayəsində səkkiz erkək və dişi heyvanın yaranışı insanın yaranışı ilə yanaşı bəyan olunmuşdur.
Olsun ki, adı çəkilən heyvanlar məsrəf üçün daha üstün olduğundan məhz onların adı qeyd olunmuşdur (qoyun, keçi, dəvə, inək).
◘Bəzi rəvayətlərdə 16 zövc təbiri qeyd olunmuşdur. Orada uyğun dörd heyvanın həm əhliləşmiş, həm də vəhşi növü nəzərdə tutulur. İmam Hadi (ə) buyurmuşdur: “Gomuş vəhşi inək növüdür.”1
Dostları ilə paylaş: |