Bildirişlər
1. Dini xurafatlardan qorumaq və təmizləmək üçün həqiqi əqidələri imkan daxilində açıq-aşkar bəyan etmək lazımdır.
2. Bir şeyin halal və ya haram olunması barədə fətva və etiqad üçün elm lazımdır.
3. Bir şeyin halal olması üçün dəlil lazım deyil. Qidalar əslən halal olduğundan bir şeyin haram olması üçün dəlilə ehtiyac var.
4. Allaha qarşı iftira ən böyük zülmdür.
5. Allahın adından danışılan yalan xalqın aldanış səbəbidir.
6. İftira insanı hidayətin qəbulundan uzaqlaşdırır.
7. İnamlar və əqidələr ya elm, ya da şəriətə əsaslanmalıdır.
145. ﴿قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ﴾
“De ki, mənə vəhy olanda ölü heyvan, tökülmüş qan, donuz əti və ya günah üzündən, Allahdan qeyrisinin adına kəsilmiş heyvandan savay ki, həqiqətən çirkinlikdir, bir şey yeyən üçün haram görmürəm. Hər kəs (onları yeməyə) çarəsiz və məcbur olsa, həddi aşmamaqla zəruri qədər (yeməyin eybi yoxdur). Həqiqətən, sənin Rəbbin bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |