Nöqtələr
◘Həzrət Musa Bəni-İsrailin hərəkətindən məyus olduqdan sonra Allah dərgahına şikayət etdi.
◘Musa ona görə günahkar qövmdən ayrılıq istəyirdi ki, öz ardıcıllarının günahkarlarla birlikdə ilahi qəzəbə düçar olmasından qorxurdu. Ya da bu istəyin arxasında kafirlərin ölümü dayanırdı.
◘Musanın yalnız özü ilə qardaşını xatırlaması və onlarla birlikdə xalqı şəhərə doğru dəvət edən iki nəfəri yada salmaması barədə təfsirçilər müxtəlif fikirlər söyləmişdilər:
–Musa həmin iki nəfərin də sabitqədəmliyinə əmin deyildi.1
–Həmin iki nəfəri xalq daşqalaqla hədələdiyindən Musa dedi: “Pərvərdigara! Mənim heç bir gücüm yoxdur, həta həmin iki nəfər də təhlükədədir.”2
Dostları ilə paylaş: |