Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə7/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   2   3   4   5   6   7   8   9   10   ...   405

بسم الله الرحمن الرحيم


1. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ﴾

Ey iman gətirənlər! (Allah və xalqla olan) əhdlərə vəfa edin. (Qadağan hökmü) sizə oxunacaq şeylər istisna olmaqla dördayaqlılar (onların ətini yemək) sizin üçün halal edilmişdir. Ehram (həcc qiyafəsi) halında ovu halal saymayın. Həqiqətən, Allah istədiyini (məsləhət bildiyini) hökm edər.”


Nöqtələr


◘Ayədə “bəhimə” sözü dördayaqlılar və mal-qara mənasını bildirir. İnək, dəvə və qoyun “ənam” adlandırılmışdır. Quranda üç dəfə işlədilmiş “bəhimətul-ənam” ifadəsi bu dördayaqlıların ətinin halal olduğunu bildirir.1 İmam Sadiq (ə) buyurmuşdur: “Bəhimətul-ənam” dedikdə anasının paklığı onun üçün də paklıq sayılan, kəsilmiş heyvan bətnindəki bala (“cənin”) başa düşülür.”2 Mərhum Feyz “Safi” təfsirində buyurur: “Bəlkə də bu rəvayət ayədə gizli qalmış şeyin nümunəsini bəyan edir. Ya da ananın qarnı baxımından onlar “bəhimət” adlandırıla bilər. Buna görə də bu ifadələrin nümunə olmasında ziddiyyət yoxdur.3

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Vəfası olmayanın dini yoxdur.”1 Bəli, əgər əhdlərə əməl olunmasa, cəmiyyətin sütunları laxlayar, ümumi etimad aradan götürülər və hərc-mərclik baş alar.

◘Quran hətta müşriklərlə bağlanmış peymana vəfalı olmağı lazım bilir.2 İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsasən, hətta günahkarlarla bağlanmış peymana vəfa lazımdır.3

Digər bir rəvayətə əsasən, əgər bir müsəlman kafir düşmənə işarə ilə aman verərsə, digər müsəlmanlar da işarə ilə həyata keçmiş bu peymana əməl etməlidirlər.4

◘Səmavi kitablar Allahın əhdləridir. Onlara vəfalı olmaq lazımdır. Əhde-qədim (Tövrat), əhde-cədid (İncil) və əhde-axir (Quran) bu qəbildəndir. Hədisdə Quranın ilahi əhd olduğu bildirilir.5


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin