Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə8/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   4   5   6   7   8   9   10   11   ...   405

Bildirişlər


1. Müsəlmanlar bütün peymanlara, əhdlərə sadiq olmalıdırlar. Əhdin şifahi, yazılı, əməli olmasının fərqi yoxdur. Bu əhdlər siyasi, iqtisadi, ictimai və ya ailə ilə bağlı ola bilər. Əhd güclü də ola bilər, zəif də. Dost və düşmənlə, Allah və xalqla, fərd və cəmiyyətlə, kiçik və ya böyüklə, məntəqə ölkələri və ya uzaq məmləkətlərlə bağlanmış peymanlar mötəbərdir. Ayədəki “əl-üqud”, yəni əqdlər sözü “əlif-lam” artikli ilə başladığından bütün peymanları və əhdləri əhatə edir.

2. Əhd və peymana vəfanın zəmanətçisi imandır.

3. Əhdə vəfasızlıq və zülm ilahi nemətlərdən və lütflərdən məhrumluq rəmzi olduğu kimi,6 əhdə sədaqət həmin lütf və nemətlərdən bəhrələnmə amilidir. (Bəli, vədəyə vəfalı olmaq xoş gün rəmzidir. Məsəl var ki, diqqətli və vəfalı insan xalqın malına şərikdir.)

4. Bir halda ki, Allah bizim ixtiyarımızda növbənöv nemətlər qoymuşdur, Onun peymanlarına vəfalı olaq.

5. İlahi peymanlardan biri qidaların halal-haramlıq hökmlərinə diqqətdir.

6. İslamda həm ictimai, həm də iqtisadi məsələlərə diqqət yetirilir. (Əhdə vəfa ictimai, heyvanlardan faydalanma iqtisadi məsələlərdəndir.)

7. Ölmüş və ya boğulmuş dəvə, inək və qoyun ətinin istifadəsi haramdır.

8. Dördayaqlılar arasında halal olmayanları da vardır. (Çünki uyğun cümlə müəyyən növ dördayaqlılara aiddir.)

9. Ehram halının ehtiramının hifzi üçün bəzi məhrumiyyətləri də dadmaq lazımdır. Ehramda olan insan ovdan çəkinməlidir.

10. Ehram vəziyyətində qadağalara əməl Allahla əhd və peymana vəfa hallarındandır.

11. Ehram (həcc halı) Allahla əhd-peymandır.

12. Ehram xüsusi və möhtərəm bir haldır.


2. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحِلُّواْ شَعَآئِرَ اللّهِ وَلاَ الشَّهْرَ الْحَرَامَ وَلاَ الْهَدْيَ وَلاَ الْقَلآئِدَ وَلا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلاً مِّن رَّبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُواْ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُواْ وَتَعَاوَنُواْ عَلَى الْبرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُواْ عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾

Ey iman gətirənlər! İlahi mərasimlərin, haram ayın, həcc qurbanlığı və həcc üçün nişanlanmış heyvanların, Allahdan fəzl və razılıq diləyən Allah evi yolçularının hörmətini sındırmayın. Ehram halından çıxdığınız vaxt (və ümrə əməllərini sona çatdırdıqda) ov edə bilərsiniz. Sizi Məscidül-həramdan çıxarmış dəstə ilə düşmənçilik sizi ədalətsizliyə və təcavüzə vadar etməsin. Yaxşı işlərin icrasında və çirkinliklərdən uzaqlıqda bir-birinizə yardım göstərin. Heç vaxt günah və sitəmdə bir-birinizə kömək etməyin və Allahdan çəkinin. Həqiqətən, Allahın cəzası ağırdır.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin