Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə106/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   102   103   104   105   106   107   108   109   ...   405

Bildirişlər


1. Əmr be məruf və nəhy əz münkərin məsuliyyəti hamıdan qabaq alimlərin üzərinə düşür.

2. Alimlərin sükutu və biganəliyi fəsadın yayılması zəminəsidir.

3. Alimlər güclü olmalıdırlar ki, moizə və dəvətdən əlavə, fəsadın qarşısını da alsınlar.

4. Əgər nəhy əz münkər günahın qarşısını almasa, heç olmasa onun sürətini azaldar.

5. Kitab əhli alimləri öz vəzifələrinə ən aşağı həddə də əməl etmədilər. (Əvvəlki ayədə günah, zülm və haramxorluq kitab əhlinin günahları kimi sadalandı. Bu ayədə isə zülm kəlməsi işlədilməmişdir. Belə başa düşmək olar ki, alimlər zülmün qarşısını almaq gücündə deyillərsə də, günah və haramxorluğun qarşısını almalıdırlar.)

6. Elmin gözəlliyi onun izharında, çirkinliyi isə sükut və onu gizlətməkdədir.

7. Alimin sükutu xatakarın günahından daha pisdir.

8. Günahın aşkarlığı, günahkarların çoxluğu, günahın çeşidliliyi alimlərin sükutuna səbəb ola bilməz.


64. ﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ﴾

Yəhudilər dedilər: “Allahın əli bağlıdır.” Əlləri bağlansın və bu sözlərin cəzası olaraq Allahın lütfündən uzaq olsunlar. Əksinə, Allahın iki (qüdrət) əli açıqdır - istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil olan şey onların bir çoxunun küfr və tüğyanını artırır. Biz onların arasında qiyamət gününədək düşmənçilik və kin salmışıq. Hər dəfə döyüş alovunu şölələndirəndə Allah onu söndürdü. Onlar daim yer üzündə fəsad və günaha çalışırlar. Allah fəsad əhlini sevməz.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin