Bildirişlər
1. Hər şeyi bilmək nə zəruridir, nə də faydalı. İnsan yalnız faydalı biliklər ardınca getməlidir. (İnsandakı maraq orta həddə olmalıdır. Kin-küdurət yaradan, ortaya problemlər çıxaran, cəmiyyətin əmin-amanlığını pozan məlumatlar ardınca gedilməməlidir.)
2. Bəzi hökmlərin xalqa vacib edilməsi ilahi əfv və bağışlama nişanəsidir.
3. Allah öz bəndələrinə tövbə möhləti verir.
4. Xalqın tutumundan üstün həqiqətlərin bəyanı onları küfrə aparır.
103. ﴿مَا جَعَلَ اللّهُ مِن بَحِيرَةٍ وَلاَ سَآئِبَةٍ وَلاَ وَصِيلَةٍ وَلاَ حَامٍ وَلَـكِنَّ الَّذِينَ كَفَرُواْ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ﴾
“Allah heç bir bəhirə (qulağı çərtilmiş heyvan), saibə (çox doğub törədiyindən azad buraxılmış heyvan), vəsilə (dişi ilə birlikdə ekiz doğulmuş heyvan), ham (cütləşmə üçün on dəfə istifadə olunmuş dəvə) haqqında hökm verməmişdir. (Və sizə onlardan istifadəni qadağan etməmişdir.) Amma kafirlər Allaha iftira yaxırlar və onların çoxu düşüncə əhli deyil.”
Dostları ilə paylaş: |