Nöqtələr
◘Bəlkə də ayə əvvəlki ayədə haqqında danışılan xurafatlara aiddir. Onlara «xurafatdan əl çəkin» deyildikdə atalarının yolunu misal göstərirlər.
Bildirişlər
1. Quran xalqı Allahın və Onun peyğəmbərinin göstərişlərinə ardıcıllığa çağırır.
2. İslamın dəvətinin qəbulu ilahilik və inkişaf səbəbidir. (Ayədəki “təaləv” sözü ülvilik və inkişafa doğru hərəkət mənasını bildirir.)
3. Əsas babaların əqidəsi yox, ilahi əqidədir.
4. Quran təklikdə bəs etmir. Allah rəsulunun sünnəsi, yolu, hökuməti əməl ölçüsüdür.
5. Xurafat əhli, həddi aşan fərdlər haqqı eşitmək gücündə deyil.
6. Əsas nə keçmişə aid əqidələrdir, nə yeniliklər. Əsas elm və hidayətdir.
7. Vicdanımızı özümüzə hakim seçək.
8. Keçmişdəkilərə ədəblə yanaşmaq lazımdır. Onların cahilanə əqidələrinə tabeçilik isə yersizdir.
9. Kor-koranə təqlid düşüncəsizlik nişanəsidir. Əvvəlki ayədə düşüncəsizlikdən, bu ayədə babalara münasibətdə təəssübdən danışıldı.
10. Cahilin cahilə təqlidi mənasızdır.
11. Hidayəti qəbul edən cahil təhlükəsizdir. Əsl təhlükə hidayəti qəbul etməyən cahillərdədir.
105. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ عَلَيْكُمْ أَنفُسَكُمْ لاَ يَضُرُّكُم مَّن ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾
“Ey iman gətirənlər! Özünüzü qoruyun. Çünki siz hidayət oldunuz. Yolunu azan isə sizə ziyan yetirməz. Sizin hamınızın qayıdışı Allaha doğrudur. O sizi etdiyiniz işlərdən agah edər.”
Dostları ilə paylaş: |