◘Bəziləri bu ayəni əldə alət edərək deyirlər: “İnsanın vəzifəsi özünü qorumaqdır və biz başqalarının günahına məsul deyilik.” Onların cavabında deməliyik ki, əmr be məruf və nəhy əz münkər haqqında danışan çoxsaylı ayə və rəvayətlərə əsasən, bu ayə əmr və qadağa yox, onların təsirinə aiddir. Yəni insan başqalarını yaxşılığa dəvət edib pisdən çəkindirməli və bu işlər təsir göstərmədikdə özünü qorumalıdır.1Onu da qeyd edək ki, əmr be məruf və nəhy əz münkər vasitəsi ilə cəmiyyətin günahdan qorunması insanın özünü qoruması nümunələrindəndir.