Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə166/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   162   163   164   165   166   167   168   169   ...   405

Bildirişlər


1. Haqq yolda təklikdən qorxmayaq.

2. Əgər başqaları ilə üzbəüz dayanmırıqsa, nəfsimizlə üzbəüz dayanaq.

3. Cəmiyyətin yolunu azması insan üçün günaha yol açmır.

4. Qiyamətdə hər kəs öz işinə cavabdehdir.

5. Başqalarındakı eybləri üzə çıxarmağa çalışmayaq.2

6. İnsan əvvəlcə özünü, sonra isə cəmiyyəti islah etməlidir.

7. İman əhli azğın adamların əməl və rəftarına görə cəzalandırılmayacaq.

8. Başqalarını xilas etmək naminə özünüzü qərq etməyin.

9. Özümüzü elə tərbiyə etməliyik ki, mühit və cəmiyyətdəki fəsadlar bizə təsir göstərməsin.

10. Büdrədikdə başqalarını qınamayaq. Özümüz büdrəməsək, kimsə kənardan bizə zərər vura bilməz.

11. Başqaları hidayət olmur deyə ruhdan düşməyin.

12. İslam yolu o qədər məntiqli və möhkəmdir ki, düşmənlərin şübhə və azğınlığı bu yola heç bir xələl gətirmir.

13. Azğınlar pusquda dayansa da, salamatçılıq yolu hidayəti qəbul etməkdir.

14. Məada iman insanın özünü islah etməsi amilidir.

15. Ata-babalara və başqalarına kor-koranə təqlid qiyamətdə kara gəlmir. Hər bir insan öz əməl və rəftarına görə cavab verəcək.

16. İnsanın dünyadakı rəftar və əməlləri onun qiyamət taleyini müəyyənləşdirir.




106. ﴿يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِي الأَرْضِ فَأَصَابَتْكُم مُّصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِن بَعْدِ الصَّلاَةِ فَيُقْسِمَانِ بِاللّهِ إِنِ ارْتَبْتُمْ لاَ نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلاَ نَكْتُمُ شَهَادَةَ اللّهِ إِنَّا إِذًا لَّمِنَ الآثِمِينَ﴾

Ey iman gətirənlər! Sizlərdən birinin ölümü çatdıqda aranızdan iki adil şəxsi vəsiyyət zamanı şəhadət üçün çağırın. Əgər səfərdə olduğunuz vaxt ölüm bəlası sorağınıza gəlsə (və müsəlman şahid olmasa), iki nəfər qeyrisini şahidlik üçün istəyin. Əgər onların sədaqətinə) şəkk etsəniz namazdan sonra o iki nəfəri saxlayın ki, Allaha and içsinlər (desinlər ki,) biz həqiqəti heç bir qiymətə, qohumlara münasibətdə də olmuş olsa, satmayacaq, heç vaxt ilahi şəhadəti gizlətməyəcəyik və belə etsək günahkarlardanıq.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin